thumb|300x300px| Avropa İttifaqına üzv dövlətlərin əraziləri (Avropa Birlikləri 1993-cü ilə qədər), qoşulma qaydasına görə animasiya. Avropanın xaricindəki ərazilər və ətrafı göstərilmir. Tarix boyu Avropa İttifaqı (Aİ) dəfələrlə yeni üzv dövlətlərin ittifaqa qoşulması ilə genişlənmişdir. Aİ-yə qoşulmaq üçün bir dövlətin qanunun aliliyinə və ona uyğun azadlıqlara və qurumlara hörmət edən və sabit bir demokratik hökumət tələb edən Kopenhagen meyarları (1993-cü ilin iyun ayında Kopenhagen zirvəsindən sonra) adlanan iqtisadi və siyasi şərtləri yerinə yetirməsi lazımdır. Maastrixt müqaviləsinə görə, mövcud hər bir üzv dövlət və Avropa Parlamenti istənilən genişlənməyə razı olmalıdır. Genişlənmə prosesi bəzən avrointeqrasiya olaraq da adlandırılır. Bu termin, eyni zamanda, milli hökumətlər milli qanunların tədricən uyğunlaşdırılmasına imkan verdiyi üçün Aİ üzv dövlətləri arasında əməkdaşlığın intensivləşdirilməsinə işarə olunur.

Aİ-nin sələfi Avropa İqtisadi Birliyi Current Article 1 of the Treaty on European Union reads:"The Union shall be founded on the present Treaty and on the Treaty on the Functioning of the European Union. Those two Treaties shall have the same legal value. The Union shall replace and succeed the European Community"., 1958-ci ildə, Roma Müqaviləsi qüvvəyə mindikdə , Daxili Altılıq üzv dövlətlə quruldu. O vaxtdan bəri, Aİ üzvlüyü iyirmi yeddi ölkənində qatılması ilə böyüdü. Son üzv dövlət olan Xorvatiya isə 2013-cü ilin iyulunda ittifaqa qoşuldu. Ən son Aİ ərazisinin genişlənməsi 2014-ci ildə Mayotte ilə baş verdi. Aİ-nin və sələflərinin ən nəzərəçarpaçaq ərazi azalmaları 1962-ci ildə Cezayirin müstəqillik əldə etməsilə çıxması, 1985-ci ildə Qrenlandiyanın çıxması və 2020-ci ildə Birləşmiş Krallığın ittifaqdan çıxması ilə baş vermişdir.

2020-ci ilə əsasən Albaniya (2020-ci ildən), Monteneqro (2012-ci ildən), Şimali Makedoniya (2020-ci ildən), Serbiya (2014-cü ildən), Moldova və Ukrayna (2022-cü ildən), Türkiyə (2005-dən) ilə üzvlük danışıqları aparılır. Serbiya və Monteneqro, Avropa Komissiyasının keçmiş prezidenti Cin-Klaud Cunker və Genişlənmə komissarı Coannes Hahn tərəfindən öndə gedən potensiallı namizədlər olaraq xarakterizə edildi və Avropa Komissiyasının növbəti mandatı dövründə 2025-ci ilə qədər ittifaqa qoşula biləcəkləri proqnozlaşdırdı. Türkiyə ilə danışıqlar davam edir, lakin Türkiyə hökumətinin 2016-cı il dövlət çevrilişi cəhdinə reaksiyasına Aİ-nin etirazları səbəbindən danışıqlar yavaşladı.

Kriteriya Aİ müqavilələrinə görə, Avropa İttifaqına üzv olmaq, "2-ci maddədə göstərilən dəyərlərə hörmət edən və onları təbliğ etməyə borclu olan hər bir Avropa Dövlətinə" açıqdır ( TEU Maddə 49 ). Bu Maddə 2 "insan ləyaqətinə hörmət, azadlıq, demokratiya, bərabərlik, qanunun aliliyi ve azlıqlara mənsub şəxslərin hüquqları da daxil olmaqla insan hüquqlarına hörmətə əsaslanır." Bu, 1993-cü il tarixli " Kopenhagen meyarları " na əsaslanaraq bir çox keçmiş Şərq Bloku ölkələrinin qoşulmaq üçün müraciət edəcəyi bəlli olduqda; — Kopenhagen Prezidentliyinin nəticələrindən bir hissə

1995-ci ilin dekabrında Madrid Avropa Şurası, üzv ölkələrə inteqrasiya şərtlərini öz inzibati quruluşlarına uyğun tənzimləmə yolu ilə daxil etmək üçün üzvlük meyarlarını yenidən nəzərdən keçirdi: Avropa İttifaqı qanunvericiliyinin milli qanunvericilikdə əks olunması vacib olduğu üçün yenidən işlənmiş milli qanunvericiliyin qəbul edilməsi vacibdir və bu müvafiq inzibati və məhkəmə strukturları vasitəsilə səmərəli şəkildə həyata keçirilməlidir.

Son olaraq texniki cəhətdən Kopenhagen meyarları xaricində, gələcək namizədlərin hamısının qanunlarını İttifaqın tarixi boyunca qurulmuş və mülkiyyət kommunikatoru olaraq adlanan Avropa hüququ ilə uyğunlaşdırmaq üçün qanun qəbul etməsi tələbi irəli sürülür.

Proses thumb|Genişlənmə prosesində mərkəzi rol oynayan Avropa Komissiyası.

Nümunə Aşağıdakı Estoniyanın 1991-ci ilin Noyabrnda Sovet İttifaqından müstəqilliyini elan etməsindən və həmin ayda ittifaq tərəfindən tanınmasında 2004-cü ilin mayında ittifaqa qoşulmasına aparan yol nümunəsidir. Qoşulmanın asanlığı dövlətdən asılıdır: əvvəlcədən Aİ ilə nə qədər inteqrasiya olunduğu, iqtisadiyyatı və dövlət qurumlarının vəziyyəti, Aİ ilə bağlı bütün siyasi məsələlər və (tarixən) Aİ-nin bu günə qədər qurduğu dövlət idarəçilikləri mənimsəməlidir. Bu, üzvlüyə qovuşduqdan sonra üzv ölkə tərəfindən atılan inteqrasiya addımlarını da əhatə edir. +Estoniyanın Aİ-yə üzvlük qrafiki İl Tarix Tədbir Qeydlər 1991 20 avqust SSRİ- dən müstəqillik elanı Eyni ayda Aİ-dən tanınma. 1994 18 iyul Sərbəst ticarət müqaviləsi bağlandı 1995 1 yanvar Sərbəst ticarət müqaviləsi qüvvəyə mindi 12 iyun Avropa Sazişi bağlandı 24 Noyabr Üzvlük üçün müraciət edildi 1998 1 yanvar Avropa Sazişi qüvvəyə minir İnteqrasiyaya kömək mart Üzvlük danışıqları açıqdır 6 fəsil açıldı Timetable for accession negotiations by chapter and by country (1998–2004) CVCE.eu 1999 17 fəsil açıldı 2000 6 fəsil açıldı 2002 Dekabr Bütün fəsillər bağlandı və danışıqlar başa çatdı Son fəsil (№ 30) eyni zamanda açıldı və bağlanıldı. 2003 8 aprel Estoniya hökuməti tərəfindən təsdiqlənən qoşulma müqaviləsi 16 aprel Qoşulma müqaviləsi imzalandı 14 sentyabr Üzvlüklə bağlı referendum təsdiqləndi % 66.84 səs lehinə, iştirak :% 64.02 2004 1 may Aİ-yə qatıldı 28 iyun ERM-yə qatıldı Avro qəbulundan əvvəl ERM-də 2 il tələb olunur 2007 21 dekabr Şengen bölgəsinə daxil oldu 2011 1 yanvar Avronun qəbulu 1 may 2004-cü ildə ölkələrdən miqrasiya məhdudlaşdırmaq vaxtı başa çatdı. Bunu yalnız Avstriya və Almaniya tətbiq etdi, qalan Aİ ölkələri 2011-dən əvvəl məhdudiyyətləri ləğv etdilər

Xarici keçidlər

Genişlənmə –Europa EUR-Lex haqqında Aİ genişlənmə sənədləri Avropa İttifaqı Üzv Dövlətləri və müraciət edən ölkələr – CVCE Avropa İttifaqının genişlənməsi ilə əlaqəli arxiv materialları üçün Florensiyadakı Avropa İttifaqının Tarixi Arxivləri-dən müraciət edilə bilər.

İstinadlar

Kateqoriya:Avrointeqrasiya