Bernard Kamunqo (1 yanvar 2002, Kasulu, Tanzaniya) — Amerika Birinci Liqası təmsilçilərindən olan "Nort Texas" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Tanzaniya futbolçusu.

Erkən illəri Kamunqo Tanzaniyanın Kasulu şəhərində anadan olmuşdur. O, ailəsi birlikdə ABŞ-yə köçmüş və bir müddət qaçqın düşərgəsində yaşamışdır. Daha sonra Texas ştatının Abilin şəhərinə köçmüşdür. ABŞ-yə köçdükdən sonra Kamunqo Abilin orta məktəbinin futbol komandasına yazılmışdır. Orta məktəbi bitirdikdən sonra Kamunqo qardaşı İmani ilə birlikdə potensialını artırmaq üçün onlayn axtarışlara başlamışdır. İştirak haqqı 500 dollar olan yoxlanışdan sonra İmani sadəcə 90 dollara tapdığı MLS təmsilçisi Dallas klubunun ehtiyat komandası olan "Nort Texas" klubuna yoxlanışa çağırılmışdır.

Klub karyerası 2021-ci ilin yanvar ayı boyunca yoxlanışda olan Kamunqo öz oyunçu bacarıqları ilə "Nort Texas" klubunun baş məqşçisi Erik Killi heyran etmiş və 25 mart 2021-ci ildə oyunçu ilə peşəkar müqavilə imzalanmışdır. Kamunqo öz peşəkar karyerasında debütünü 24 aprel 2021-ci ildə Fort Loderdeyl klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Hope Avayevunu əvəz etmişdir. Meydana çıxdıqdan səkkiz dəqiqə sonra Kamunqo peşəkar karyerasında ilk qoluna imza atmışdır. Amerika Birinci Liqası görüşündə Nort Texas rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir.

Karyera statistikası

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolNort Texas2021Amerika Birinci Liqası5100000051Ümumi karyera5100000051 1KONKAKAF Çempionlat Liqası görüşləri daxildir. 2ABŞ Superkuboku görüşləri daxildir.

İstinadlar

Xarici keçidlər Profile at FC Dallas

Kateqoriya:Tanzaniya futbolçuları Kateqoriya:Nort Texas FK futbolçuları Kateqoriya:MLS futbolçuları Kateqoriya:ABŞ-nin kişi futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:ABŞ milli futbol komandasının oyunçuları