Avstriyalı Marqarita Tereza (; ) — İspaniya kralı IV Filippin qızı, Müqəddəs Roma imperatriçası. İspan rəssamı Dieqo Velaskesin çəkdiyi Meninlər portretinin baş obrazıdır.

Həyatı 1651-ci ildə Madriddə dünyaya gəldi. Atası İspaniya kralı IV Filipp, anası isə onun ikinci xanımı (üstəlik bacısı qızı olan) Avstriyalı Marianna idi. Atasının ilk evliliyindən bir neçə övladı doğulsa da, bunlardan yalnız biri (Mariya Tereza) yetkinlik yaşına çata bilmişdi. Valideynləri arasındakı yaxın qan qohumluğuna baxmayaraq, kiçik qardaşı İnfant Karldan fərqli olaraq uşaqlıq illəri sağlam keçdi. Mükəmməl saray təlim-tərbiyəsi aldı.

1650-ci illərin sonlarında Vyana sarayında Habsburq sülaləsinin iki qolu arasında yeni bir ittifaqın qurulması müzakirəyə qoyuldu. İlk təklif, İspaniya kralı IV Filippin yaşca böyük qızı Mariya Terezanın Müqəddəs Roma imperatoru I Leopoldla evləndirilməsi oldu. Ancaq 1659-cu ildə Fransa ilə bağlanan sazişə əsasən, 21 yaşlı infanta Fransa kralı XIV Lüdoviklə evləndirildi. Bu səbəblə, hersoq Leopoldun kralın ikinci qızı İnfanta Marqarita Tereza ilə evlənməsi müzakirəyə qoyuldu. 1660-cı ilin fevralında gələn ilk rəsmi evlilik təklifi həmin ilin aprelində qəbul edildi. O əsnada İnfanta Marqarita Tereza hələ 9 yaşında idi və təklif edilən 20 yaşlı bəy namizədi onun dayısı idi.

Nəhayət, 6 aprel 1663-cü ildə cütlüyün nişanlandığı elan edildi. Həmin il 18 dekabrda cütlüyün nigah müqaviləsi imzalandı. Ancaq IV Filippin ölümü (17 sentyabr 1665) evlilik prosesini biraz da gecikdirdi. taxta çıxan azyaşlı qardaşı II Karlın naibəsi olan anası Avstriyalı Marianna qızının Vyanaya göndərilməsini təsdiqlədi. 25 aprel 1666-cı ildə Madriddə baş tutan formal toy mərasiminin ardından İnfanta Marqarita Tereza 3 gün sonra Vyanaya yola düşdü. 7 ay davam edən uzun səyahətin ardından nəhayət, İnfanta Marqarita Tereza onu müşayiət edən ispan əsilzadələrlə birlikdə 5 dekabrda Vyanaya çatdı. 12 dekabr 1666-cı ildə Vyanada rəsmi toy mərasimi baş tutdu. 6 il davam edən evlilikləri boyunca ərinə Dayı () deyə xitab etdi. Marqarita Tereza bu nigahdan 6 dəfə hamilə qalsa da, bunlardan ikisi erkən açılmayla nəticələndi. Dünyaya gələn 4 uşaqdan isə yalnız biri yetkinlik yaşına çata bildi.

Ferdinand Vençeslaus (28 sentyabr 1667 - 13 yanvar 1668) Mariya Antoniya Con Leopold (20 fevral 1670), doğulduğu gün vəfat etdi. Mariya Anna (9 fevral 1672 - 23 fevral 1672)

İmperatriçanın ərinin üzərindəki nüfuzu güclü idi. Belə ki, I Leopoldun yəhudiləri Vyanadan sürgün etməsinin arxasında onun olduğu bilinir. Hətta 1670-cı ildə baş tutan katolik ayini əsnasında Vyana sinaqoqu dağıdıldı və yerində kilsə inşası başlandı.

Gənc yaşında yaşadığı ard-arda hamiləlik səbəbilə səhhəti pisləşən Marqarita Tereza yeddinci hamiləliyi sənasında 12 mart 1673-cü ildə vəfat etdi. Ona bağlılığı ilə bilinən imperator I Leopold isə yalnız 4 ay sonra ikinci xanımı Avstriyalı Klaudiya Felitsita ilə evləndi.

Qalereya

Mənbə

Ədəbiyyat

Andics, Hellmut, Die Frauen der Habsburger (Vienna: Jugend und Volk, 1985). In German. Beutler, Gigi, Die Kaisergruft (Vienna, 2001). In German. Domínguez Ortiz, Antonio, Testamento de Felipe IV, Madrid: Editora Nacional, 1982. In Spanish. Hamann, Brigitte, Die Habsburger: Ein Biografisches Lexicon (Munich: Piper, 1988). In German. Ingrao, Charles W., Editor and author, In Quest and Crisis: Emperor Joseph I and the Habsburg Monarchy, Hardcover: 278 pages, Purdue University Press (1 June 1979), in English, , Ingrao, Charles W., The Habsburg Monarchy, 1618–1815 (New Approaches to European History) [Paperback], # Paperback: 288 pages, Cambridge University Press; 2 edition (2 October 2000), in English, , Kann, Robert A., A History of the Habsburg Empire, 1526–1918, Paperback, 661 pages, University of California Press, edition (26 November 1980), in English . Kann, Robert A., The Peoples of the Eastern Habsburg Lands, 1526–1918 (History of East Central Europe), [Hardcover],# 464 pages, Univ of Washington Press, (July 1984), in English, , Magosci, Paul Robert, ´´Historical Atlas of Central Europe (History of East Central Europe, Vol. 1, 1), Paperback: 288 pages, University of Washington Press, in English, Revised Exp edition (October 2002), , Mitchell, Silvia Z.: Queen, Mother, and Stateswoman. Mariana of Austria and the Government of Spain, University Park: Pennsylvania State University Press, 2019. Olivan Santaliestra, Laura, "My sister is growing up very healthy and beautiful, she loves me" – The Childhood of the Infantas Maria Teresa and Margarita Maria at Court, pp. 165–185 in: Grace E. Coolidge – The Formation of the Child in Early Modern Spain, Farnham: Ashgate Publishing 2014, Rudolf, Karl; Opll, Ferdinand, España y Austria, Madrid: Cátedra, 1997. In Spanish. Wheatcroft, Andrew, "The Habsburgs, Embodiyng Empire" [Paperback], 416 pages, Penguin Books, (Non-Classics) (1 May 1997), in English, ,

İstinadlar

Kateqoriya:Bronxitdən vəfat edənlər