VII Ferdinand () () — İspaniya kralı. Atası İspaniya kralı IV Karl, anası isə Mariya Luizadır.
Madriddə Eskorial sarayında dünyaya gələn Ferdinand atasının böyük oğlu olaraq infant və varis olaraq böyüdüldü. 1807-ci ildə atasına qarşı tərtiblənən saray çevrilişinə rəhbərlik etdi və bir neçə ay davam edən vətəndaş müharibəsinin ardından Napoleon Bonapartın müdaxiləsiylə İspaniya taxtına əyləşdi. Ancaq bir neçə ay sonra Bonapart onu da taxtdan devirdi və qardaşı Jozefi İspaniya kralı təyin etdi.
1813-cü ilin dekabrında yenidən İspaniya taxtını ələ keçirən Ferdinand bir il öncə qəbul edilən konstitusiyanı ləğv etdi və mütləq monarxiyanı bərpa etdi. Ancaq 1820-ci ildə baş verən kəndli üsyanının ardından konstitusiyanı bərpa etməyə məcbur oldu. Buna baxmayaraq ölkədə ağır diktator rejimi qurdu.
Mənbə Royal Splendor in the Enlightenment: Charles IV of Spain, Patron and Collector. Meadows Museum, SMU. 2010. ISBN 9788471204394 Artola, Miguel. La España de Fernando VII. Madrid, Espasa, 1999, 405. ISBN 84-239-9742-1 John Van der Kiste (2011). Divided Kingdom: The Spanish Monarchy from Isabel to Juan Carlos. History Press Limited. pp. 6–9. ISBN 9780752470832 M. & B. Wattel. (2009). Les Grand'Croix de la Légion d'honneur de 1805 à nos jours. Titulaires français et étrangers. Paris: Archives & Culture. p. 446. ISBN 978-2-35077-135-9
İstinadlar
Kateqoriya:XIX əsrdə İspaniya Kateqoriya:İspaniya kralları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri