Renat Salavat oğlu Salavatov (, 5 noyabr 1949-cu il, Çimkənd, Qazaxıstan SSR, SSRİ) — SSRİ dirijoru, bəstəkarı. Tatarıstanın xalq artisti və Qazaxıstanın əməkdar mədəniyyət xadimi, Накануне Дня Независимости ряду казахстанцев присуждены государственные награды. akorda.kz, 12.12.2019 Rusiya Federasiyasının əməkdar artisti (2010). Musa Cəlil adına Tatarıstan Opera və Balet Teatrının baş dirijoru (2003-cü ildən).
Həyatı Renat Salavatov oğlu Salavatov 5 noyabr 1949-cu ildə Qazaxıstan SSR-in Çimkənd şəhərində anadan olub. 1969-cu ildə Moskva Mərkəzi Musiqi Məktəbinin violonçel (müəllim Alla Evgenievna Vasilieva), 1974-cü ildə Leninqrad Dövlət Konservatoriyasının (indiki N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası) simfonik dirijorluq fakültəsini bitirmişdir. Konservatoriyada onun müəllimləri professorlar K.A.Simeonov və İ.A.Musin idilər. Orduda xidmətdən sonra təhsilini professor L.M.Qinzburgun kursunda P.İ.Çaykovski adına Moskva Konservatoriyasının aspiranturasında davam etdirmişdir.
Yaradıcılığı 1979-cu ildə aspiranturanı bitirdikdən sonra Kazan şəhərindəki Tatarıstan Dövlət Filarmoniyasının simfonik orkestrinin rəhbəri vəzifəsinə qəbul edilmişdir. 1985-ci ildə Abay adına Qazaxıstan Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsinə dəvət edildi. Dörd il sonra Abay adına Qazaxıstan Akademik Opera və Balet Teatrının baş dirijoru oldu. 1989-1990-cı illərdə Mariinski Teatrının dirijoru işləmişdir. SSRİ-nin dağılmasından sonra Almaniyaya işləməyə getmiş, 1990-1995-ci illərdə Münhendəki Bavariya Milli Baletinin pianoçusu və dirijoru kimi çalışmışdır. Sonrakı altı il ərzində İsveç Kral Opera Teatrının dirijoru olaraq işləmişdir. İsveç teatrının səhnəsində Don Kixot, Şelkunçik, Per Günt, Fröken Yuliya, Jizel və s. tamaşalara dirijorluq etmişdir. Müxtəlif vaxtlarda İngiltərə Milli Opera, Nyu York Metropolitan Opera, Böyük Teatr və s. səhnələrində dirijor olmuşdur.Ж. Мельникова. Салаватов Ренат Салаватович . Казанский театральный музей
2000-ci ildə Mariinski Teatrında Renat Salavatov J.Massnenin "Mannon" (xor K.Makmillan) və İ.Stravinskinin "Petruşka" (xor M.Fokin) baletlərini səhnələşdirmişdir. 2001-ci ildən yenidən Qazaxıstan Opera Teatrının baş dirijoru, 2003-cü ildən Musa Cəlil adına Tatar Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışır.
Yevgeni Fyodoroviç Svetlanovu müəllim kimi qəbul edir. Onunla İsveç Kral Operasında işləyərkən Stokholmda tanış olmuşdur. O illərdə Y.Svetlanov İsveç Radio Orkestrinin rəhbəri idi.
Ailəsi Renat Salavat oğlu Salavatov ailəlidir, uşaqları və nəvələri. Ailəsi İsveçdə yaşayır.
Quruluş verdiyi əsərlər Baletlər - "Qar Kraliçası", "Alkissa" Kazan operasında "Luçiya di Lammermur", "Boris Qodunov", "Cəlil", "Karmen" operalarına və "Korsar", "Per Günt", "Anyuta", "Yatmış Gözəl" və s. baletlərə quruluş vermişdir.
Filmoqrafiya 1973 - Ailə Albomu (Musiqi müəllifləri, "Qazaxtelefilm", rejissor Ediqe Bolısbayev) 1987 - Şanıraq (Musiqi müəllifləri, "Qazaxtelefilm", rejissor Ediqe Bolısbayev) 1990 - Ultuqan (Dəniz ... gəl !, Musiqi müəllifləri, "Qatarsis", rejissor Ediqe Bolısbayev)
Mükafatları və fəxri adları 1982- Tatarıstan SSR xalq artisti 2003 (5 dekabr) - "Kurmet" ordeni 2010 (14 sentyabr) - Rusiya Federasiyasının əməkdar artisti 2013 (12 dekabr) - "Dostluq ordeni" II dərəcə 2019 (29 noyabr) - Kazaxıstanın əməkdar mədəniyyət xadimi 2020 (30 avqust) - "Sümbikə" operasına verdiyi quruluşa görə Abdulla Tuqay adına Tatarıstanın Dövlət mükafatı 2020 (23 noyabr) - "Dostluq" ordeni
İstinadlar
Ədəbiyyat Татарский энциклопедический словарь. Казань, 1998. Татарская энциклопедия" Казань. Институт Татарской энциклопедии АН РТ, 2002—2014.
Xarici keçidlər Ренат Салаватов. :tt:Муса Җәлил исемендәге Татар академия дәүләт опера һәм балет театры сайты Ренат Салаватов Ренат Салаватов. kino-teatr.ru Салаватов Ренат Салаватович. «Милләттәшләр» порталы
Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:"Kürmet" ordeni ilə təltif olunanlar Kateqoriya:Rusiya Federasiyasının əməkdar artistləri Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Rusiya dirijorları Kateqoriya:Moskva Dövlət Konservatoriyasının məzunları