Liliqr () — yeni nəsil pişiklər fəslindən hibrid yırtıcı heyvan. Liliqr erkək şir və dişi liqr arasında hibriddir.

Liliqrlar liqrların özləri kimi təbiətd görünmürlər. İlk dəfə dişi liliqrın anadan olması 2012-ci ildə Novosibirsk zooparkında qeydə alınmışdır. Liliqra Kiara adını verdilər.

2013-cü ildə elə həmin zooparkda daha üç dişi liliqrın anadan olması qeydə alındı. 2017-ci ildə isə ilk dəfə erkək liliqrın anadan olması qeydə alındı.

2019-cu ilin oktyabrında Rusiyada Primorsk safari parkında erkək liliqr aşkarlandı. Adına Blaq qoydular.

Liliqrları şirlərlə səhv salmaq olar. Ancaq liliqra diqqətlə baxanda onda həm də pələng əlamətləri görmək olar. Liliqrın bədənində həm də o qədər də görünməyən zolaqlar görmək olar. Zolaqları ən çox heyvanın ayaqlarında görmək olar.

Qalereya

İstinadlar

Kateqoriya:İkitərəflisimmetriyalılar Kateqoriya:Xordalılar Kateqoriya:Məməlilər Kateqoriya:Dördayaqlılar Kateqoriya:Pişikkimilər Kateqoriya:Pişiklər Kateqoriya:Vəhşi heyvanlar Kateqoriya:Böyük pişiklər