Rizvan Xosrov bəy və ya sonradan Xosrov Gərədə (; ) — Osmanlı imperiyasının son illərində və Türkiyə Cümhuriyyətinin ilk çeyrək əsrində fəaliyyət göstərən türk əsgər və diplomat. 1934 tarixli Soyadı Qanunu ilə Gərədə soyadını almışdır.
Ailə şəcərəsi Mostar yaxınlığındakı Stolaç bölgəsində məskunlaşan babası Əli Paşa Osmanlı imperiyasının son Bosniya valilərindən Zülfiqar Kaptanın oğludur. 1851-ci ildə Bosniyada çıxan üsyana dəstək verdiyi üçün Ömər Lütfi Paşa tərəfindən ələ keçirilən Əli Paşa Mostardan Banya Lukaya aparılarkən yolda vəfat etdi.Griffe, H.Mirgül Eren, Osmanlı’nın Hizmetkarı Galip Ali Paşa Rızvanbegovic-Stocevic, Babil Yayıncılık, Ankara 2005
Xanımı Mislicahan xanımdan doğulan ən kiçik oğlu Mehmed Əli Paşa (1848-1902) isə Xosrov bəyin atasıdır. Əli Paşanın ölümündən sonra ailə Bursaya köçdü və Mehmed Əli Paşa ilk təhsilini burada aldı. Ardından hərbi karyerasına başladı və uzun illər ferik rütbəsilə Ərzurumda xidmət etdi. Burada dövrün məşhur erməni ixtilafçısı Andranik Ozanyana qarşı mübarizə aparsa da, Avropa dövlətlərinin müdaxilələriylə bu mübarizəsi nəticəsiz qaldı. Ardından səhhəti pisləşdi və 1902-ci ildə Ərzurumda vəfat etdi.
Həyatı
İlk illəri 12 mart 1884-cü ildə Ədirnədə Mehmed Əli Paşa və xanımı Fatma Mahinur xanımın ən kiçik övladı olaraq dünyaya gəldi. Özündən yaşca böyük Mehmedəli Əbdülhat, Əhməd Ziyayəddin və Bəsalət adlı 3 qardaşı, Fatma Münirə, Ayşə Fəxriyə və Səniyə adlı 3 bacısı vardı. Qardaşlarından Mehmedəli Əbdülhat bəy (ö. 1969) Çanaqqala cəbhəsində vuruşmuş, ardından Dövlət Dəmiryollarında uzun illər məmur işləmişdir. Digər qardaşı Bəsalət bəy (ö. 1945) də Çanaqqala cəbhəsində vuruşmuş, ardından Ankaraya qaçaraq Milli Qurtuluş Hərəkatına qatılmışdır. Digər qardaşı Əhməd Ziyayəddin bəy isə Çanaqqala cəbhəsində vuruşmuş, ardından ticarətlə məşğul olaraq nisbətən sakit bir həyat sürmüşdür. Bacılarından Fatma Münirə xanım ferik Hüseyn Hüsnü Paşanın oğlu Sərvət bəylə, digər bacısı Ayşə Fəxriyə xanım isə polkovnik Xəlil Nasir Berkayla evləndi.
Atasının hərbçi olması səbəbilə təhsilini müxtəlif vilayətlərdə davam etdirən Xosrov bəy ilk təhsilini doğulduğu Ədirnədə aldı. Ardından 1894-1900-cü illərdə təhsilini Ərzurumda davam etdirdi. Atasının ölümünün ardından hərbi karyeraya başlayan Xosrov bəy 13 yanvar 1902-ci ildə Ərzurum Hərbi Məktəbinə yazıldı.Kansu, Mazhar Müfit, Erzurum’dan Ölümüne Kadar Atatürkle Beraber,C.1,Türk Tarih Kurumu Basımevi,Ankara 1997 1905-ci ildə leytenant rütbəsilə buradan məzun oldu və İstanbul Hərb Akademiyasına daxil oldu.Harp Akademilerinin 120 Yılı 1848-1968 “Şeref Dolu Yıllar”,Yayın Yeri ve Tarihi Belirtilmemiş 19 iyun 1908-ci ildə kapitan rütbəsinə yüksəldi. Həmin ilin avqustunda məzun oldu və orduda xidmət etməyə başladı.
Hərbi fəaliyyəti İlk iş olaraq Adanadakı erməni üsyanını yatırmaqla vəzifələndirilən birliklərə qatıldı. 14 iyul 1909-cu ildə birinci süvari alayına, 19 may 1910-cu ildə üçüncü topçu alayına, 17 noyabr 1910-cu ildə Hərbi şuraya bağlı ikinci şöbəyə təyin olundu. Bu vəzifədə ikən Məcidiyyə nişanıyla təltif olundu. Balkan müharibələrində iştirak etdi və 5 iyun 1913-cü ildə Bolqarıstanla sərhəddi müəyyənləşdirməklə vəzifəli komissiyaya üzv seçildi. 12 yanvar 1914-cü ildə Afina Hərbi nümayəndəliyinə təyin edildi. Birinci Dünya Müharibəsinin başlamasının ardından Qafqaz cəbhəsinə göndərilən Xosrov bəy 1915-ci ildə Gümüş Ləyaqət medalı ilə təltif olundu və 7 iyun 1916-cı ildə mayorluğa yüksəldi. 2 iyun 1916-cı ildə Müharibə Gümüş İmtiyaz medalıyla təltif edildi və müttəfiq Almaniyaya göndərilən nümayəndə heyətinə daxil oldu. 1918-ci ilin yayında atdan düşərək ayağını ağır dərəcədə zədələdi və baş verən qəzayla ordudan uzaqlaşdı. Mudros sülhü bağlananadək İstanbulda qaldı.
Diplomatik fəaliyyəti
Məclis üzvlüyü dönəmi Mudros sülhünün ardından İstanbul müttəfiq dövlətləri tərəfindən işğal edildi. Bu dövrdə mətbuat yoluyla yadelli işğalçılara qarşı məqalələr yazdı. Bu məqalələr Rauf Orbay və Nazmi Topçuoğluyla birlikdə açdığı "Məmləkət" nəşriyyatında dərc olundu. Samsuna gedişindən öncə Mustafa Kamal Paşa tərəfindən edilən təkliflə Milli Qurtuluş Hərəkatına qoşuldu və 7 may 1919-cu ildə 9-cu ordu müfəttişliyinə təyin olundu.Tevetoğlu, Fethi, Atatürk’le Samsun’a Çıkanlar, Kültür ve Turizm Bakanlığı Yayınları, Ankara 1987 Heyətlə birlikdə 16 may günü İstanbuldan ayrılan Xosrov bəy burada kəşfiyyat və propaqanda işləri üzrə vəzifələndirildi.Atatürk Resmi Yayınlara Girmemiş Söylev Yazışma ve Söyleşiler (der.Sadi Borak), (3.Basım), Kaynak Yayınları,İstanbul Aralık 1998 19 iyunda tərtiblənən və Türkiyə Cümhuriyyətinin əsasını təşkil edən Amasya qətnaməsini imzalayanlar arasında yer aldı. 23 iyulda çağırılan və 2 həftə boyunca davam edən Ərzurum konqresini, eləcə də 4 sentyabrda toplanan Sivas konqresini tərtibləyənlərdən biri oldu.Atatürk’ün Sırdaşı Kılıç Ali’nin Anıları (der.Hulusi Turgut),Türkiye İş Bankası Yayınları, İstanbul 2005
Ardından Mustafa Kamal Paşayla birlikdə Ankaraya yollanan Xosrov bəy İstanbulda işğalçı müttəfiq dövlətlərin tərtibiylə sülh şərtlərinin müzakirəsi üçün toplanan Məclis-i Məbusana Trabzon vilayətindən vəkil olaraq göndərildi. Məclisin 27 yanvar 1920-ci ildə toplanan iclasında iştirak edən Xosrov bəy məclisin qəbul etdiyi Misaqi-milli sənədini imzalayanlar arasında yer aldı.Bardakçı, Murat, Yıkılış ve Kurtuluş Osmanlı İmparatorluğu’nun çöküş ve Türkiye Cumhuriyeti’nin kuruluş belgeleri, Türkiye İş Bankası Kültür Yayınları, İstanbul 2017 1 fevralda edilən səsvermə ilə məclis katibliyinə təyin edildi. Ancaq 16 mart günü İstanbul ingilislər tərəfindən rəsmən işğal edildi.Özdemir, Bülent, Göktepe, Cihat, İngiliz İstihbaratı Peşimizde Fişlenen Cumhuriyet, Yitik Hazine Yayınları,İzmir 2014 Həmin gün məclisin axşam iclasına basqın tərtibləyən ingilis əsgərləri iclasa qatılan bəzi şəxsləri həbs etdi. Digər məclis üzvləri isə gizlicə Ankaraya qaçmağın yollarını axtarmağa başladı. Bunlar arasında olan Xosrov bəy, Xalidə Ədib və miralay Kazım Orbayla birlikdə şəhərdən qaça bildi.Adıvar, Halide Edip, Türk’ün Ateşle İmtihanı:İstiklâl Savaşı Hâtıraları (yay.haz. Dr.Mehmet Kalpaklı, S.Yeşim Kalpaklı),Özgür Yayınları,İstanbul 2006 2 apreldə Ankaraya çatan Xosrov bəy inqilabi nəşrlərdə məqalələr yazaraq İstanbulun artıq işğal altında olduğunu və millətin qurtuluşu üçün bütün millət vəkillərinin Ankarada toplanmalı olduğunu elan etdi.
1920-ci ildə ingilislərin təşviqiylə bir sıra ayaqlanmalar çıxdı. İstanbul hökuməti tərəfindən qarşısı alınmayan bu üsyanlardan biri də Ankara yaxınlığındakı Bolu-Düzcə bölgəsində yaşandı.Akşin, Sina, İstanbul Hükümetleri ve Milli Mücadele-II Son Meşrutiyet 1919-1920, (3.Baskı) Türkiye İş Bankası Yayınları,Ankara 2010 İngilislərin təşviqiylə yanaşı, yeni qurulan Kürəkən Fərid Paşa hökuməti də bu üsyanı dəstəkləməkdə idi. 13 apreldə Düzcədə başlayan üsyan, 18 apreldə Boluya, 21 apreldə isə Gərədə və Mudurnuya yayıldı. Üsyana qarşı ilk öncə Boludakı jandarma birliklərini vəzifələndirən Ankara hökuməti, daha sonra 32-ci Qafqaz alayını bölgəyə yönləndirdi. Ancaq bölgədə artan ayaqlanmalar Ankara hökumətini çətin vəziyyətə saldı. Hərbi yolla üsyanı yatırmağın çətin oilduğunu anlayan Ankara hökuməti bölgəyə nəsihətçi olaraq sülhməramlı komissiya göndərməyi qərarlaşdırdı. Bu komissiyaya sədr seçilən Xosrov bəy 21 apreldə 18 nəfərlik süvari qrupuyla birlikdə Ankaranın şimalındakı Qızılcahamam bölgəsinə yollandı. Ancaq bölgədə top və tüfəng atəşiylə qarşılanan heyət 27 apreldə pusquya düşdü. Əsir alınan Xosrov bəy həbs tutulduğu müddət ərzində üsyançılarla Ankara hökuməti arasında vasitəçilik etməyə başladı. Danışıqların ardından əsir tutulan komissiya üzvləriylə birlikdə azad edilən Xosrov bəy bir müddət qardaşı Bəsalət bəyin yanında qaldı. Ardından Ankara və ətraf bölgələri komandanlığına təyin edildi.Arıkoğlu, Damar, Hâtıralarım,Tan Gazetesi ve Matbaası ,İstanbul 1961 Bir yandan da Trabzon vəkili olaraq Ankaradakı məclisdə fəaliyyətini davam etdirən Xosrov bəy bir çox məsələnin müzakirəsinə qatılmışdır.
1921-ci ildə çağırılan İkinci London konfransına göndəriləcək heyətə üzv seçilən Xosrov bəy digər heyət üzvləriylə birlikdə 6 fevral 1921-ci ildə İstanbuldan ayrıldı. Müzakirələrin tamamlanması və sülh müqavilələrinin imzalanmasının ardından 13 apreldə yola düşdü və 25 aprel günü Ankaraya çatdı. Milli Qurtuluş Hərəkatının davamı olaraq ard-arda qazanılan döyüşlərdə aktiv bir vəzifə almayan Xosrov bəy bu dönəmlərdə məclisdə diplomatik vəzifələrdə xidmət etdi.
Səfirlik dönəmi
Budapeşt səfirliyi (1924-1926) 29 oktyabr 1923-cü ildə cümhuriyyətin elan edilməsinin ardından Türkiyənin digər dövlətlərlə diplomatik əlaqələr qurulması yolunda mühüm addımlar atıldı. Bu məqsədlə bir çox dövlətlərə elçi və konsullar təyin olundu. Bunlardan biri də 31 mart 1924-cü ildə orta dərəcəli Budapeşt səfiri təyin edilən Xosrov bəy oldu. May ayının əvvəlində vəzifə yerinə gələn Xosrov bəy ilk iş olaraq Macarıstan xarici işlər nazirliyi ilə 27 may 1924-cü ildə bir əməkdaşlıq müqaviləsi bağlandı.Soysal, İsmail, Türkiyenin Siyasal Andlaşmaları (1920-1945), C.1, (3.Baskı),Türk Tarih Kurumu Basımevi, Ankara 2000 Bu müqavilə əsasında bir çox macar mühəndisi Türkiyəyə yollandı və müxtəlif vilayətlərdə aparılan təmir-bərpa işlərində vəzifələndirildi. Bu xidmətləri səbəbilə 22 dekabr 1924-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldi.
1926-cı ilin avqustunda Moxac qələbəsinin 400 illiyi münasibətilə mərasim keçirildi və Türkiyənin Budapeşt səfiri Xosrov bəy bu mərasimdə çıxış etdi. Həmin il səfirliyi sona çatan Xosrov bəy 26 oktyabrda vəzifələrindən azad edildi və birinci dərəcəli nişanla təltif olundu. Sentyabr ayında qatarla İstanbula gələn Xosrov bəy həmin ilin noyabrında Sofiyaya təyinat aldı.
Sofiya səfirliyi (1926-1930) 1926-cı ilin noyabrında Sofiya səfiri təyin edilən Xosrov bəy ilk iş olaraq Bolqar çarı III Borisə təqdim etdiyi etimadnaməsi ilə rəsmi olaraq vəzifəsinə başladı. Eyni şəkildə Bolqarıstan çarlığından da yeni qurulan cümhuriyyət üçün bir nümayəndənin təyin edilməsini tələb etdi. 1927-ci ilin oktyabrında hərbi sahədə keçirdiyi 25 ilin ardından təqaüdə ayrılan Xosrov bəy diplomatik fəaliyyətini davam etdirdi.
Sofiya səfirliyi dönəmində Türkiyə-Bolqarıstan münasibətlərinin inkişafında mühüm rol oynadı. 6 mart 1929-cu ildə bağlanan dostluq və əməkdaşlıq sazişiylə bu əlaqələr daha da gücləndi. Balkan müharibələri səbəbilə bölgədəki türk əhalinin sayı azalsa da, bu sayı 700 min yaxınlığında qalmaqda idi. 1928 tarixli Hərf inqilabının ardından yeni əlifbanın Bolqarıstandakı türk məktəblərində tədbiq edilməsi müzakirə edildi.Hüsrev Gerede’nin Anıları Kurtuluş Savaşı, Atatürk ve Devrimler (haz.Sami Önal), (4.Baskı), İstanbul 2003 İlk başda bu müzakirələr mənfi nəticələnsə də, Xosrov bəyin səyləri nəticəsində 14 yanvar 1930-cu ildə verilən qərarla, artıq Bolqarıstandakı bütün türk məktəblərində dərslər yeni əlifba ilə tədris olunmağa başlandı. Digər yandan, Ankaraya göndərilən yazılı tələblə yeni əlifba ilə nəşr olunan əlavə dərsliklər göndərildi.
Tehran səfirliyi (1930-1934) 24 iyul 1930-cu ildə Sofiya səfirliyi başa çatan Xosrov bəyin Tehrana göndərilməsi müzakirə edildi. 13 avqustda İstanbula gələn Xosrov bəy öncə Ankaraya yollandı. Burada İsmət İnönüylə görüşən Xosrov bəy İranla yaranan sərhəd probleminin dərhal həll edilməsi üzrə təlimat aldı. 25 avqust günü İstanbul-Batum-Tbilisi-Bakı-Qəzvin istiqamətində yola düşən Xosrov bəy 1930-cu ilin sentyabr ayında vəzifə yerinə çatdı və ilk iş olaraq İran şahı Rza Pəhləviyə öz etimadnaməsini təqdim etdi. Ancaq təlimat aldığı Türkiyə-İran sərhəd problemi yalnız 1931-ci ildə həll edildi.