Yakov Qavriloviç Uxsay (, 13 noyabr 1911 Slakbaş kəndi, Bələbəy rayonu, Ufa quberniyası - 7 iyul 1986, Çeboksarı, Çuvaşıstan ASSR, RSFSR) — SSRİ, Çuvaşıstan şairi və yazıçısı, dramaturq, tərcüməçi, publisisti. SSRİ Yazıçılar İttifaqının üzvü (1938), Çuvaşıstan ASSR-in xalq şairi (1950). 1943-cü ildən bəri Sov.İKP(b) üzvü. Həyatı 13 noyabr (26) 1911-ci ildə Slakbaş kəndində (indiki Başqırdıstan Respublikasının Bələbəy rayonu) kasıb kəndli ailəsində anadan olub. Uxsay klassik və çuvaş poeziyasının banisi məşhur "Narspi" poemasının müəllifi Konstantin İvanovun əmisi oğludur.Ухсай Е.Я. Слово об отце. – Чебоксары, 2009 г. – Стр. 47.. İlk təhsilini Bijbulyak kəndli gənclər məktəbində almışdır. Sonra 1930-1933-cü illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində oxumuşdur. Moskvada Çuvaş dilində nəşr olunan "Kommunar" qəzetində müxbir işləmişdir.
Yaradıcılığı Yakov Uxsayın ədəbi debütü 1929-cu ildə "Suntal" jurnalının 7-ci sayında baş tutmuşdur. Burda onun "Doğma çölümə aşiq oldum ..." ( ) şeiri çap olunmuşdur.Сунтал, №7 за 1929 г., стр. 11.
1934-1936-cı illərdə növbə ilə Başqırdıstanda, daha sonra Çeboksarıda yaşayıb və öz yaradıcılığı ilə bərabər Konstantin İvanovun naməlum əsərlərinin axtarışını aparırdı. 1936-cı ilin dekabrında Uxsay Çeboksarıda yerləşməyə qərar verdi.
Gənc Uxsay olduqca sərt bəyanatlar səsləndirirdi. Belə ki, o, çuvaş pedaqoqu İvan Yakovlevi Konstantin İvanovun erkən ölümündə günahlandırırdı. Həmçinin Uxsay çuvaş dilinin tədqiqatçısı Nikolay Aşmarinin çuvaş mahnı yaradıcılığına “qolçomaqlar və keşişlər” gözü ilə baxdığını iddia edirdi.Трактор, 1935, кн. 11, с. 94-100, 105-112.Сунтал, №3 за 1937 г., стр. 32. Düzdür, sonralar Uxsay belə bir münasibətin səhv olduğunu etiraf etmişdir.Тенюшев И. Я. Оружием публициста // Народность и художественность произведений Я. Г. Ухсая, Чебоксары, 1984 г. – Стр. 49.
1937-ci ildə Uxsay "Suntal" jurnalında "xalq düşmənləri" ilə əlaqəli olmaqda günahlandırıldı. P.Xuzanqay, A.Talvir və K.Çulqase ilə birlikdə, çuvaş millətçisi Dmitri Petrov-Yumanın dəstəsi arasında açıq şəkildə yer almaqda ittiham edilirdi.Сунтал, № 5 за 1937 г., стр. 2.
Sentyabr ayında Uxsay Batırevo kəndinə köçdü. Lakin, bir ay sonra şair repressiyadan qorxaraq kəndi tərk etmək qərarına gəldi. Ancaq mindiyi minik maşını Tsivilsk yaxınlığında qəza etdi və yaralı Uxsay xəstəxanaya yerləşdirildi. 1937-ci ilin dekabrında Alatırda yaşadıqdan sonra şair Moskva ətrafında yerləşdiСтаньял В.П.Чăваш халăх сăвăçи Ухсай Яккăвĕ. Шупашкар, 2001 . С. 6-7.
1938-ci ilin əvvəlində Uxsayın tənqidi dayandırıldıСунтал, №5 за 1938 г., стр. 19-21. və onu yenidən çap etməyə başladılar.Сунтал, № 3 за 1938 г., стр. 33. Ancaq Uxsay uzun müddət Çeboksarıda qalmadı və Ulyanovska köçdü. Burada o, cuvaş dili müəllimi olaraq pedaqoji məktəbdə işə düzəldi. Məktəbdə gələcək həyat yoldaşı Maria Dmitriyevna Muxina (1908-ci il doğumlu) ilə tanış oldu. 1939-cu ildə Uxsay Maria Muxina ilə evləndi və Çuvaşiyaya qayıtdı. Əvvəlcə Kozlovski rayonunun Tyurlema kəndində müəllim işləyir, sonra isə 1940-cı ildə nəhayət Çeboksarıda məskunlaşır.Станьял В.П. Чăваш халăх сăвăçи Ухсай Яккăвĕ. Шупашкар, 2001 г. С. 7.
Böyük Vətən müharibəsinin başlanması ilə Uxsay təlim batalyonunda kursant olur. Daha sonra Çuvaş Muxtar Sovet Sosialist Respublikası - Alatırda qurulan 141-ci Piyada Diviziyasına çağırılır. 1942-ci ilin iyulundan cəbhədə döyüşməyə başlayır.
Cəbhədə ilk dövrlər Uxsay əsgər idi, sonra divizion qəzetinin əməkdaşı və ordu mətbuatının müharibə müxbirinə çevrilir. O, 31-ci Tank Korpusunun "Na Şturm" qəzetinin əməkdaşı olur.
1943-cü ildə Uxsay SSRİ Kommunist Partiyasına üzv seçilir.
Qırmızı Ordunun tərkibində Uxsay Voronej vilayətindən Praqaya qədər döyüş yolu keçir. 1946-cı ilin iyununda kapitan rütbəsində ordudan tərxis edilir. Müharibədən sonra 1946-1948-ci illərdə Uxsay "Tavan Atal" almanaxının redaktoru vəzifəsində çalışır. 1948-ci ildə peşəkar yazıçıya çevrilir. 1950-ci ildə Uxsay Çuvaş Muxtar Sovet Sosialist Respublikasının Xalq Şairi adına layiq görülür.
Uxsay sərt və kobud xarakterli insan olduğundan, həmkarları və ədəbi redaktorları ilə ziddiyyətli münasibətlərə malik idi. Belə ki, 1957-ci ildə Aleksey Talvir Çuvaş Muxtar Sovet Sosialist Respublikasının Yazıçılar İttifaqının sədri olduğu zaman, Uxsay Kommunist Partiyasından qovulmaqla təhdid olunmuşdu.Письмо Якова Ухсая В.И. Краснову от 1 августа 1957 г. // Ухсай Я. Собрание сочинений, т. 7. 2019 г. Стр. 31.
25 sentyabr 1969-cu ildə Kozlovski rayonunun Karaçevo kəndində metal təbəqələrin düşməsi nəticəsində - Uxsayın həyat yoldaşı Mariya Dmitryevna həlak oldu. Ölüm qəza nəticəsində baş verməsinə baxmayaraq, mərhumun bacısı və ədəbi mühitdən bəzi şəxslər Uxsayı arvadını öldürməkdə günahlandırmağa çalışdılar.Из дневника Я. Г. Ухсая//Я. Г. Ухсай в воспоминаниях современников. Чебоксары, 2005. Стр. 220. Yalnız Uxsaya qarşı ittihamlar Çuvaşıstan ASSR Ali Sovetinin sədri Semyon İslyukov və ideologiya komitəsinin katibi İlya Prokopyevin şəfaəti sayəsində ləğv edildi.Ухсай Е.Я. Слово об отце. Чебоксары, 2009 г. Стр. 82.Прокопьев И. П. Во имя народа. Чебоксары, 2001 г. Стр. 12. «Uxsaylar ailəsindəki yaxşı münasibətləri bildiklərinə baxmayaraq, bəzi şəxslər Mariya Dmitriyevnanın ölümündə Yakov Qavriloviçi günahlandırmağa çalışdılar. Bu böhtan növbəti ağır zərbə kimi gəldi və o ağır şəkildə yatağa düşdü. Buna görə də, Sov.İKP regional komitəsi, Ali Sovet Rəyasət Heyəti, sədri S.İslyukov və respublika hökuməti belə bir ağır ittihamın aradan qaldırılması üçün tədbirlər görməli və Y Uxsaya hərtərəfli müalicədə kömək etməli idilər.».
Ədəbi fəaliyyətindən əlavə, Uxsay ətraf mühitin qorunmasında da fəal iştirak edirdi. O, respublika mətbuatında meşələrin özbaşına kəsilmədən qorunması, çay və göllərin mühafizəsi, dərələrə qarşı mübarizə məsələlərini dəfələrlə qaldırırdı.Тенюшев И. Я. Оружием публициста // Народность и художественность произведений Я. Г. Ухсая, Чебоксары, 1984 г. – Стр. 48. Ekoloji məsələlər üzərində işləyən Uxsay, torpaq eroziyasına qarşı təsirli mübarizə metodu kəşf edən Yadrinski rayonunun "Leninskaya İskra" kolxozunun sədri Arkadi Aydakla tanış oldu.
Yakov Uxsay 7 iyul 1986-cı ildə Çeboksarı şəhərində vəfat etmişdir.
Ailəsi Çuvaş yazıçısı Mariya Uxsay (1908-1969) ilə evli olmuşdur.
Uşaqları: oğlu Yakov (1940-cı il doğumlu), körpə yaşda vəfat etmişdir. Qızları Olqa (1948) və Yelena (1951). Əsas əsərləri Şeir "Xalqın Qızıl Kitabı" () (1937). Dövrünün ruhu ilə 1936-cı il Stalin Konstitusiyası tərənnüm olunur. "Tudimer" faciəsi () (1940). Puqaçyov Üsyanı zamanı Başqırdistanın Çuvaş kəndindəki hadisələr haqqında bəhs edilir. "Qara Bəxt" faciəsi () (1941). Çuvaş poeziyasının klassiki Konstantin İvanov və görkəmli Çuvaş pedaqoqu İvan Yakоvlеv arasındakı münasibətlər haqqında. Tənqidçilər Uxsayı əsərin İvanov və Yakovlevin mübarizəsi üzərində qurduğuna və Yakovlevi "Çuvaş istedadlarının təqibçisi və Rus pravoslavlığının hamisi" olaraq göstərdiyinə görə qınayırdılar.Одюков И.И. Образ И.Я. Яковлева в чувашской литературе // Ученые записки. Выпуск 42. Чебоксары, 1969 г. Стр. 140. "Dədə Kəlbük" poeması () (1950). Yakov Uxsayın ən məşhur əsəri. Poemada doxsan yaşına qədər yaşayan çuvaş kəndlisi Kelbukun həyat hekayəsindən bəhs edilir. Çarizm dövründə anadan olan Kelbuk o zamankı istibdadın bütün zülmlərini yaşamış, vergi toplayanı öldürdüyü üçün katorqaya göndərilmiş, vətəndaş müharibəsi dövründə Ağ qvardiyaçların vəhşiliklərini görmüş və kolxoz quruluşunun bərqərar olması uğrunda mebarizə aparmış və Qırmızı Ordunun nasist Almaniyası üzərində qələbəsini görmək üçün yaşamışdır. Əvvəlcə "Kelbuk" çuvaş tənqidçiləri tərəfindən olduqca soyuq qarşılandı. Belə ki, İlle Tuktaş Uxsayın kəndə zərər vuranların vəhşi xislətini göstərməsinə baxmayaraq, kütlənin meydana çıxmaqda olan kapitalizmə qarşı apardığı mübarizəni işıqlandırmadığına və bunun əvəzinə Kəlbukun həyatından "məzəli çıxarışlarını" gündəmə gətirdiyinə görə qınadı. Bununla belə Tuktaş, Kəlbukun köhnə ənənələri möhkəm tutduğunu, qürurlu olduğunu, yeməkdə doymadığını söyləmiş və "bu günlərdə belə doyurucu şeirə ehtiyac olmadığını" yazırdı.Там же. Стр. 157. Bununla belə çuvaş tənqidindən fərqli olaraq, bütün İttifaq ədəbi birlikləri "Kelbuk"u yüksək səviyyədə təriflədilər. 1955-ci ildə Aleksandr Fadeyev Uxsay şeirinin "son illərin ən maraqlı və əlamətdar hadisələrindən biri" olduğunu elan etdi.Фадеев А.А. Заметки о литературе // Литературная газета, 24 сентября 1955 г.. Zamanla "Dədə Kelbuk" çuvaş şeirinin klassik bir əsərinə çevrildi.Народность и художественность произведений Я. Г. Ухсая. Чебоксары, 1984 г. Стр. 6. "Aşırım" (1952) şeir şəklində roman. Çuvaş kəndindəki kollektivləşmə hadisələrinə həsr edilmişdir. Poemanın qəhrəmanı sadə kəndli Kalladır. "Aşırım" Səməd Vurğundan müsbət qiymətləndirmə almışdır.Вургун, С. Советская поэзия //Литературная газета, 17 декабря 1954 г. "Yer" poeması () (1960). Poema XVIII əsrdə çar hakimiyyətinin zülmündən Başqırdıstana qaçan çuvaş kəndlilərindən bəhs edir.Тăван Атăл. №3 за 1961 г. Стр. 96. "İblisin qulu" () faciəsi (1967). Konstantin İvanovun eyni adlı bitməmiş əsərinə əsaslanır. İki qardaş - Juntier və Jastren - müharibədə talanla məşğul olurlar. Juntier var-dövlət naminə ruhunu şeytana satır və onun təhriki ilə Yastreni öldürür. Pirĕhti (mələk qızı) Juntieri yolundan döndərməyə çalışsa da, nəticəsi olmur.Викторов Ю.В. Элли Юрьев. Художник и время. Чебоксары, 2005 г. Стр. 73-74. Faciədə Çuvaş mifologiyasının xarakterlərindən, xüsusən pis ruhlardan canlı şəkildə istifadə olunur. Uxsaya görə, tənqidçilər hətta onu "sovet ateist dövründə" "iblislik" lə məşğul olduğuna görə qınayırdılar. "Uşaqlığımın ulduzu" () (1971). Uxsayın özünün uşaqlığını canlandırdığı avtobiaoqrafik poema.
Yaradıcılığının tənqidi Heyvan metaforaları çuvaş şairi Yakov Uxsay tərəfindən çox zəngin şəkildə təqdim olunur. Mənə oxumaq üçün onun "Aşırım" adlı böyük poeması verildi. Poemada mən bu mövzuya aid xeyli sayda möcüzələrlə qaşılaşdım. “Günəş gün batarkən yerə o qədər yaxındır ki, dovşan belə atlaya bilər! İnəyi qayaya bənzədir, sürücünün gördüyü qaçan at axara bənzəyir, kartofu quzu alnına bənzəyir, quzu buynuzu mumdur, qoçun buynuzu təkər kimidir ... Və nəhayət, dandinin çəkmələri ona sarı ördək balası kimi görünür! " (Yuri Oleşa, "Çızığsız gün, gün deyil").
Mükafat və fəxri adları Çuvaşıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar incəsənət xadimi (1945) Çuvaşıstan ASSR-in xalq şairi (1950) K.V.İvanov adına Çuvaşıstan Muxtar Sovet Sosialist Respublikasının mükafatı (1971) M.Qorky adına RSFSR Dövlət Mükafatı (1972) - "Uşaqlığımın Ulduzu" poetik trilogiyasına görə "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Vətən müharibəsi" ordeni (1985) "Vətən müharibəsi" ordeni "Şərəf nişanı" ordeni
İstinadlar
Ədəbiyyat
Станьял, В. П. Чăваш халăх сăвăçи Ухсай Яккăвĕ : пурнăçĕпе пултарулăхĕн ĕлкевĕсем / В. П. Станьял. – Шупашкар : ЧПГАИ, 2001. – 64 с. Бассаргин, Б. А. Яков Ухсай : критико-биогр. очерк / Б. А. Бассаргин. – Чебоксары : Чувашкнигоиздат, 1965. – 115 с. Власенко, А. Н. Яков Ухсай : лит. портрет / А. Н. Власенко. – М.: Совет. Россия, 1976. – 108 с. Иванов, И. И. Творчество Якова Ухсая и развитие эпических жанров в чувашской советской поэзии : автореферат дис.на соискан. учен. степ. канд. филолог. наук / И. И. Иванов ; Морд.гос.ун-т им. Н. П. Огарева. – Саранск, 1982. – 20 с. Иванов, И. И. Яркий и самобытный талант / И. И. Иванов. – Чебоксары : Чуваш. кн. изд-во, 1973. – 198 с. Народность и художественность произведения Я. Г. Ухсая / НИИ яз., лит., истории и экономики при Совете Министров Чуваш. АССР. – Чебоксары, 1984. – 59 с. Ухсай, Е. Я. Слово об отце : воспоминания, письма / Е. Я. Ухсай ; [худож. В. Н. Гончаров]. – Чебоксары : Чуваш. кн. изд-во, 2009. – 239 с., л. ил. Я. Г. Ухсай в воспоминаниях современников / [сост. А. И. Дмитриева, E. Я. Ухсай]. – Чебоксары : Калем, 2005. – 383 с.