I Stefan Nemanya () — serb Raşka dövlətinin böyük jupanı, Nemaniçlər sulaləsinin banisi.

Nemanya öz böyük qardaşı Tixomiri devirməyi və Raşkanın Bizans imperiyasından müstəqilliyini əldə etməyi bacardı. Sonralar Bizans imperatorlarının süzerini tanımaq məcburiyyətində qalmasına baxmayaraq, Nemanya ölkənin Balkan yarımadasında mövqeyini gücləndirməyi bacardı və onun dövründə həmçinin Kosovo, Duklya, Travuniya, Zahumye və Neretva çayı ətrafındakı torpaqlar kimi serblərin yaşadığı əraziləri ölkənin tərkibinə daxil oldu. Bundan başqa, o, Raşka daxilində mərkəzləşdirmə siyasəti yürüdürdü və boqomilləri təqib edirdi.

Nemanyanın hakimiyyəti serb mədəniyyətinin inkişaf dövrünə təsadüf etdi. Onun hökmranlığı monumental zadujbinaların inşası ilə həkk olundu, memarlıq sahəsində isə Raşka üslubunun çiçəklənməsi başladı, bunun ən parlaq nümunəsi 1171-ci ildə Nemanya tərəfindən açılan Curcevi stupovi monastırıdır. Nemanyanın iştirakı ilə Studenitsa və Hilandar monastırları da daxil olmaqla bir çox kilsə və monastır tikilib təmir edildi.

1196-cı ildə o, hakimiyyəti ortancıl oğlu Stefana təhvil verdi və Simeon adı altında rahibliyə girdi. 1199-cu ildə Hilandar monastırında öldü, qalıqları bu gün də saxlanılan Studenitsa monastırına köçürüldü.

Serb Pravoslav Kilsəsi tərəfindən müqəddəs Simeon Mirotoçivı adı verildi.

İstinadlar

Kateqoriya:Nemaniçlər Kateqoriya:Əlifba sırasına görə müqəddəslər Kateqoriya:Pravoslav müqəddəsləri Kateqoriya:Serbiya müqəddəsləri Kateqoriya:XII əsr xristian müqəddəsləri Kateqoriya:Serbiyanın dövlət başçıları Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:Monastırlar baniləri Kateqoriya:Mirotoçiv müqəddəslər Kateqoriya:Xristianlıq Kateqoriya:XII əsr Avropa hökmdarları