Anatoli Qriqoryeviç Novikov (: ) — SSRİ bəstəkarı.

Həyatı Anatoli Novikov 30 oktyabr 1896-cı ildə Rusiya imperiyası tərkibində olan Ryazan quberniyasının Skopin kəndində anadan olmuşdur. O, 1920-ci illərdən özfəaliyyət xor kollektivlərinin, peşəkar mahnı və rəqs ansambllarının bədii rəhbəri olmuşdur. Novikov mahnı bəstəkarı kimi məşhurdur. Onun mahnılarının əksəriyyəti Rusiyada vətəndaş müharibəsi və İkinci Dünya müharibəsi mövzularına həsr olunmuşdur. Novikovun "Vasya-Vasilyok" (1941), "Beş güllə" (1942), "Qarabuğdayı qız" (1943), "Rusiya" (1946), "Yollar" (1946), "Dünya demokratik gənclərinin himni" (1947) mahnıları geniş yayılmışdır. O, musiqili komediyaların ("Xüsusi tapşırıq", 1965; "Vasili Tyorkin", 1971) və s. müəllifidir. Anatoli Novikov 24 sentyabr 1984-cü ildə, 87 yaşında SSRİ-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir.

Təltif və mükafatlar Anatoli Novikov 1970-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. O, 1976-cı ildə Sosialist Əməyi Qəhrəmanı, 1946-cı və 1948-ci illərdə SSRİ Dövlət mükafatı ilə təltif olunmuşdur. Novikov həmçinin, 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı ordenləri və medallarla təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər Новиков Анатолий Григорьевич на сайте Нотного Архива России Советские композиторы Сайт о творчестве композитора

Kateqoriya:SSRİ kişi bəstəkarları Kateqoriya:SSRİ dirijorları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:RSFSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:RSFSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:RSFSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:RSFSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:SSRİ klassik musiqiçiləri Kateqoriya:Rusiya film bəstəkarları Kateqoriya:Operetta bəstəkarları