Nikolay Nikolayeviç Nosov (, ; ) — Rusiya-sovet yazıçısı.

Həyatı Nikolay Nikolayeviç Nosov 23 noyabr 1908-ci ildə o vaxtlarda Rusiya imperiyası tərkibində olan Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. O, İkinci Dünya müharibəsi iştirakçısıdır. Nikolay Nosov 26 iyul 1976-cı ildə SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir.

Fəaliyyəti Nikolay Nosov 1932–1951-ci illərdə kinorejissor işləmişdir. O, uşaqlar üçün yazılmış "Bitya Maleyev məktəbində və evdə" (1951) povesti, "Bilməz və dostlarının macəraları" (1954), "Bilməz Günəş şəhərində" (1958), "Bilməz Ayda" (1964–1965) trilogiyası, "Dostum İqor haqqında povest" (1972), "Quyunun dibindəki sirr" (1976) avtobioqrafik povesti və s. əsərlərin müəllifidir.

Təltif və mükafatları Nikolay Nosov 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. O həmçinin, bir sıra əsəri səhnələşdirilmiş və ekranlaşdırılmışdır. 2 orden və medallarla təltif olunmuşdur.

Mənbə

İstinadlar

Ədəbiyyat Роднянская И. Б. Носов Н. // "Краткая литературная энциклопедия". Т. 5: Мурари — Припев. — М.: Сов. энцикл., 1968. — Стб. 345. Рассадин Ст. "Николай Носов: Критико-биографический очерк". — М.: Детгиз, 1961. "Жизнь и творчество Николая Носова: Сборник" / Сост. С. Е. Миримский. — М.: Детская литература, 1985. — 256 с. Приходько В. Николай Носов: он любил детство в людях / В. Приходько // Дошкольное воспитание. — 2001. — № 11. — С. 73–82. Пухов Ю. О творчестве Николая Носова (Рассказы, повести, сказки) / Ю. Пухов // Ученые записки Литературного института им. М. Горького Союза писателей СССР. Писатель и жизнь: Историко-литературные, теоретические и критические статьи. — М., 1963. — Вып. II. — С. 25–50.

Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ Yazıçılar İttifaqının üzvləri Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Rusiya kinorejissorları