Andris Berzinş (; ) — Latviyalı Dövlət və Siyasət Xadimi. Latviya Respublikasının 8-ci Prezidenti (2011–2015). Sahibkar, milyoner.

Həyatı

Təhsili 1958-ci ildə — Nitaur orta məktəbini bitirib. 1971-ci ildə — Riga Politexnik İnstitutunu radio mühəndisi ixtisası ilə bitirib. 1988-ci ildə — Latviya Dövlət Universitetini sənaye planlaşdırma ixtisası üzrə bitirib.

Sovet dövründə karyera 1970-ci ildən — mühəndis, daha sonra — "Elektron" müəssisəsinin direktoru. Sovet İttifaqı Kommunist Partiyasının üzvü idiАлексеев, Юрий Георгиевич (политик) Судьба президента DELFI.

1988-ci ildən — Latviya SSR Xalq xidmətləri nazirinin müavini. Xalq Deputatları Şurasına və Valmiera bölgəsinin icra komitəsinə rəhbərlik etdi.

1990-cı ildə Latviya Ali Şurasına seçildi, Latviya Xalq Cəbhəsi fraksiyasında çalışdı. 4 may 1990-cı il müstəqilliyin bərpasına səs verdi.

Müstəqil Latviya dövründə karyerası 1993-cü ildə — Latviya Bankında özəlləşdirmə fonduna rəhbərlik etmişdir.

1993–2004-cü illərdə — "Latvijas Unibanka" ASC -nin prezidenti.

dekabr 2006-cı il — aprel 2009-cu ildə — Latvenergo İdarə Heyətinin sədri.

2006–2010-cu illərdə könüllü olaraq Ticarət və Sənaye Palatasının prezidenti vəzifəsində çalışıb.

AS UnibankaRīgas Dome. Zaļo un Zemnieku savienība. Andris Bērziņš Skandinaviska Enskilda Bankının prezidentinin müşaviri olaraq çalışdı.

Təqaüdə çıxdıqdan sonra Berzins yenidən aktiv siyasətə qayıtdı. 2005-ci ildə Yaşıllar və Kəndlilər Birliyindən Riga Şəhər Şurasına namizəd olduСписок СЗК на выборах в Рижскую думу в 2005 г. .

2 noyabr 2010-cu ildən — Latviya 10-cu Seyminin Deputatı və fraksiyanın üzvü. 4 noyabr 2010-cu ildən — üzv, 8 noyabrdan isə Seymin İqtisadi, Kənd Təsərrüfatı, Ekoloji və Regional Siyasət Komitəsinin sədri. 4 noyabr 2010-cu ildən — Seym Sorğuları Komissiyasının üzvü. 17 mart 2011 – 25 may 2011-ci illərdə —Parex Banka ASC-nin qanunsuz olaraq alındığı və yenidən qurulduğu ilə əlaqədar Parlament İstintaq Komissiyasının üzvü.

Prezidentlik seçmələri zamanı görülən işlər 2 iyun 2011-ci ildə prezident seçkilərində iştirak etdi və ikinci turda V. Zatlersə 43-ə qarşı 53 millət vəkilinin səsini qazanaraq qalib gəldi . 8 iyul 2011-ci ildə rəsmi olaraq vəzifəsinə başladıПрезидентом Латвии стал Андрис Берзиньш.. İkinci prezidentlik yarışına qatılmadı.

İstinadlar

Kateqoriya:"Üç Ulduz" ordeni komandoruları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Latviya prezidentləri