Təhminə Rüstəmova — (1926-2021) Bakı Dövlət Universitetinin müəllimi, professor

Həyatı 24 avqust 1926-cı ildə anadan olmuşdur. 1949-cu ildə Azərbaycan Dillər Universiteti-nin Şərqşünaslıq fakültəsini bitirərək, Elmi Şuranın qərarı ilə fars dilçiliyi ixtisası üzrə aspiranturada saxlanılmışdır. 1954-cü ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1991-ci ildə professor elmi adı almışdır. Fakültə Tədris-metodiki Şurasının sədri, vaxtilə Təhsil Nazirliyinin nəzdində Şərq dilləri Elmi-metodiki Şurasının üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Şərq dilləri ilə bağlı seminar rəhbəri kimi ictimai işlərdə fəaliyyət göstərmişdir.

160-dan çox əsasən fars dilçiliyinə, qismən də ərəb və Azərbaycan dilçiliyinə aid elmi məqalələri müxtəlif jurnallarda çap olunmuşdur. Orta və ali məktəblər üçün 22 adda dərslik və dərs vəsaitinin müəllifidir. "Tərəqqi" medalı ilə təltif olunmuş, Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. Ailəlidir, bir övladı var.

Təhsili 1934–1944-cü illərdə 7 saylı Şəki şəhər orta məktəbdə oxuyub. 1944–1949-cu illərdə ADU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. 1949–1953-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsinin aspirantı olub. 1954-cü ildən BDU İran filologiyası kafedrasında çalışıb. 1949-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1954-cü il, fil.e.n. "Müasir fars ədəbi dilində feli sifət və feli bağlamalarının morfoloji xüsusiyyətləri". 1964-cü il dosent. 1990-cı il, fil.e.dok. "Feli sifət və feli sifət tərkiblərinin qarşılıqlı-tipoloji planda leksik-qrammatik xüsusiyyətləri problemi (fars və azərbaycan dilləri materialları əsasında)".

Yaradıcılığı 1954–1964, BDU, Şərqşünaslıq fakültəsi, Yaxın və Orta Şərq dilləri kafedrasının baş müəllimi. 1964–1990, BDU Şərqşünaslıq fakültəsi, İran filologiyası kafedrasının dosenti. 1990-cı ildən BDU Şərqşünaslıq fakültəsi, İran filologiyası kafedrasının professoru.

Kitabları 1986, Əfqan əlifbası 1992, Fars dili. IV sinif üçün dərslik 1998, Fars və Azərbaycan dillərinin müqayisəli qrammatikası 1996, Əski azərbaycan əlifbası 1997, Fars dili. Fars dilini müstəqil öyrənənlər üçün dərslik 1998, Fars dili. Qeyri-şərqşünaslıq fakültəsinin tələbələri üçün dərslik (H. Mahmudovla şərikli) 2008, Şərqşünaslıq fakültəsinin I kurs tələbələri üçün dərslik (I nəşri-2004; II nəşri-2005) 2012, Magistr hazırlığı üçün proqram: "Fars və Azərbaycan dillərinin müqayisəli qrammatikası-sintaksisi" 2013, Bakalavr hazırlığı üçün proqram: "Fars və Azərbaycan dillərinin müqayisəli qrammatikası-morfologiyası" 2013, Fars dili (qısa kurs) – Elm və təhsil nəşriyyatı, Bakı 2014, Fars dilinin lüğət tərkibini zənginləşdirən mürəkkəb sözlərin yaranmasında fel köklərinin rolu 2015, "Şahnamə"nin dilində işlənən (mər) haqqında 2016, "Şahnamə"nin bəzi dil xüsusiyyətləri 2016, Fars dilinin lüğət tərkibinin zənginləşməsində fel kökünün rolu (fars dilində)

130-dan çox elmi məqalənin müəllifidir.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştiraki 1986, Bakı; "Məktəb islahatı və universitet təhsili" 1994, Tehran; "MDB və İranda fars dili və ədəbiyyatının tədqiqi və tədrisinə həsr olunmuş konfrans" 1996, Tehran; "Fars dilçiliyi beynəlxalq konfransı" 2001, Tehran; "Fars dili və ədəbiyyatı ustadlarının III beynəlxalq konfransı" 2004, Tehran; "Milli iranşünaslığa həsr olunmuş konfrans"

İstinadlar

Xarici keçidlər Professor Təhminə Rüstəmova ömrünün 65 ilini Fars dilinin öyrənilməsinə sərf edib