Northrop F-5, F-5A/B Freedom Fighter () və F-5E/F Tiger II () — aşağı qiymətli və təmir baxımından asan olan inkişaf etdirilmiş təlim təyyarələridirlər. SSRİ və Şərq Blokundakı həmkarı Mig-21 hesab edilir. Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrindəki Top Gun üslublu döyüş təlimi məktəblərində bir təlim təyyarəsi olaraq istifadə olunur. Ucuz qiymətinə görə daha çox iqtisadiyyatı zəif olan ölkələr tərəfindən üstünlük verilmişdir. F-5 çox məqsədli bir təyyarədir və çox yüksək manevr qabiliyyətinə malikdir. Hava Müharibələri üçün Sidewinder raketləri daşıya bilər. Həm də qurudan hücumlar üçün bomba və raketlər daşıyır. F-5B adlı iki nəfərlik bir təlim versiyası, həmçinin də RF-5 adlı bir fotoreskonsans (fotokəşfiyyat) versiyası mövcuddur. F-5 bir çox ölkədə lisenziya əsasında istehsal olunur.

F5-N Düşmən Modeli

F-5-in digər variantları arasında F-5N adlı yeni bir variantı da mövcuddur. ABŞ Hərbi Dəniz Qüvvələri, təlim məqsədləri üçün yaxşı vəziyyətdə olan İsveçrə Hərbi Hava Qüvvələrininn xidmətdən kənar etdiyi 44 ədəd köhnə F-5E Tiger II təyyarəsini satın alaraq bəzi düşmən elementləri ilə təchiz etmiş və F-5N Tiger II formasında yeni bir növ meydana çıxarmışdır.

Amerika Hərbi Hava Qüvvələrinin İsveçrə Hərbi Hava Qüvvələri tərəfindən istifadədən çıxarılmış olan 44 ədəd F5-B Tiger II təyyarəsini satın alaraq bəzi düşmən elementləri ilə təchiz edərək təlim uçuşlarında istifadə etmək üçün hazırladığı bir növdür. Düşmən elementi olaraq, Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən istehsal edilən Mig-25 Foxbat və digər Mig elementlərindən istifadə edilmişdir. Radio danışıqlar zamanı Amerika Hərbi Hava Qüvvələri onu Mig-25 olaraq təyin edir. Türk Ulduzları da bu təyyarəni nümayiş məqsədləri üçün istifadə edir.

Tekniki xüsusiyyətləri Ekipaj: 1 Uzunluq: 14.35 m Hündürlük: 4.10 m Qanad uzunluğu: 7.85 m Qanad sahəsi: 17.28 m² Boş çəkisi: - Yüklü çəkisi: 9.300 kg Mühərrik: 2 x General Electric J-85 İtələmə qüvvəsi:15.5 kN Maksimum sürət: 1526 km/s Mənzil: 1815 km Qalxa bildiyi maksimum hündürlük: 15.400 m

Silahlandırma thumb|sağ|250px|Türkiyə Hərbi Hava Qüvvələrinin akrobatika qrupu olan Türk ulduzlarına məxsus bir NF-5B, İngiltərədə həyata keçirəcəyi bir nümayiş üçün RAF Fairford Hava Limanından havaya qalxarkən

Top: 2×20 mm M39A2 Top Hava-Hava tipli raketlər AAM AIM-9 AIM-7 AIM-120 Hava-Yer tipli hücum raketləri AGM AGM-65E AGM-84 AGM-88A Python-3 Bombalar

thumb|250px|F-5 Freedom Fighter

MK-82 MK-84 GBU-24 GBU-49 GBU-52 GBU-58

İstinadlar

Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr Kateqoriya:ABŞ-nin reaktiv qırıcıları