Atatürk Evi Muzeyi — Atatürk Evi Muzeyi, Türkiyənin Kayseri şəhərində yerləşən bir muzeydir. 1983-cü ildə açılan muzeydə Mustafa Kamal Atatürkə aid əşyalar sərgilənir.
Tarixi XIX əsrdə ev olaraq tikilən muzey binası İmamzadə Rəşid Ağanın Malikanəsi kimi də tanınır 19–20 dekabr 1919-cu ildə şəhərə gələn Mustafa Kamal Atatürk iki gecə binada qalmışdır.
1976-cı ildə bina qorunmaq üçün daşınmaz mədəni sərvət kimi qeydiyyata alınmışdır. 1978-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən milliləşdirildi. 1983-cü ildə isə Atatürk Evinə çevrildi. 19 dekabr 1998-ci ildə yenidən təşkil edildi və Atatürk Muzeyi kimi fəaliyyət göstərməyə başladıhttps://web.archive.org/web/20141230200001/http://www.kulturportali.gov.tr/turkiye/kayseri/gezilecekyer/ataturk-evi
Memarlıq İki mərtəbəli malikanə kəsilmiş daş və ağacdan tikilmişdirhttps://web.archive.org/web/20180428164335/https://www.kayseri.bel.tr/kesfet-listeleme/ataturk-evi. Damın uclarında və bay pəncərənin alt saçaqlarında ağac motivləri var.
İstinadlar
Kateqoriya:Atatürk muzeyləri Kateqoriya:XIX əsrdə tamamlanmış tikililər