Stüart Adamson MakKinstri (18 sentyabr 2002, Vişou, Şotlandiya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Lids Yunayted" klubunda hücumçu kimi çıxış edən peşəkar Şotlandiya futbolçusu.

MakKinstri Vişou şəhərində anadan olmuşdur. O, "Motervell" akademiyasında yetişdikdən sonra 2019-cu ilin yayında "Lids Yunayted" klubuna transfer olmuşdur.

Karyerası MakKinstri Vişou şəhərində anadan olmuşdur. Hər iki valideyni "Motervell" klubunun azərkeşi olduğu üçün uşaqlıqdan o da həmin kluba rəğbət bəsləyirdi. 10 yaşı olarkən klubun akademiyasına qəbul olunmuşdur. 26 dekabr 2018-ci ildə "Kilmarnok" klubuna qarşı liqa görüşündə Stüartın adı ehtiyat oyunçular siyahısına əlavə edilmişdir. Lakin o, meydana çıxmamış və komandası rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. 2019-cu ilin yayında oyunçu "Lids Yunayted" akademiyasına transfer edilmişdir. 2019-cu ilin sentyabr ayında Stüart 2022-ci ilə qədər klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. 2020-ci ilin avqust ayında o, klub ilə müqaviləni 2023-cü ilə qədər yeniləmişdir. O, peşəkar karyerasında debütünü 21 sentyabr 2021-ci ildə "Fulhem" klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir. Əsas vaxtı 0-0 hesabı ilə bitən görüşdə MakKinstri penaltilər seriyasında qələbə topunun müəllifi olmuşdur.

Milli karyerası MakKinstri bir müddət Şotlandiya U-17 millisində çıxış etmişdir.

Oyun tərzi MakKinstri cinah hücumçusu kimi çıxış edir.

Karyera statistikası

+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaFA KubokuLiqa KubokuDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolLids Yunayted2021–22Premyer Liqa0000100010Ümumi karyera0000100010

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Şotlandiya futbolçuları Kateqoriya:Lids Yunayted FK futbolçuları Kateqoriya:Şotlandiyanın kişi futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Şotlandiya Peşəkar Futbol Liqası futbolçuları