Ceyms Con MakAti (18 oktyabr 2002, Salford, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Mançester Siti" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. Bir müddət İngiltərə U-18 millisində çıxış edən sonra Ceyms hazırda İngiltərə U-20 millisində çıxış edir.

Klub karyerası MakAti əsas komanda ilə debütünü 29 oktyabr 2019-cu ildə "Bolton Uonderers" klubuna qarşı Liqa Trofeyi görüşündə etmişdir. 2020-21 mövsümü ərzində Ceyms Liqa Trofeyi turnirində "Skantorp Yunayted" və "Mansfild Taun" klublarına qalib gəldikləri, həmçinin "Tranmir Rovers" klubuna məğlub olduqları görüşlərdə iştirak etmişdir. 24 avqust 2021-ci ildə Ceyms "Skantorp Yunayted" klubunu 3-0 hesabı ilə məğlub etdikləri görüşdə qolla yadda qalmışdır.

2020-ci ilin noyabrında Ceyms "Çelsi" klubuna qarşı FA Gənclər Kuboku finalı görüşündə qolla yadda qalmış və komanda rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. Həmin mövsüm Premyer Liqa 2-də toplamda iyirmi üç görüşdə iştirak edən Ceyms səkkiz qol və doqquz assistlə mövsümü başa vurmuşdur.

Ceyms peşəkar karyerasında debütünü 21 sentyabr 2021-ci ildə "Uikomb Uonderers" klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir. O, 72-ci dəqiqədə meydana daxil olmuş və komandası rəqibinə 6-1 hesabı ilə qalib gəlmişdir.

Milli karyerası Ceyms İngiltərə U-18 millisi ilə debütünü 2019-cu ilin noyabrında Norveç millisi ilə görüşdə etmişdir. 4-4 hesabı ilə bitən görüşdə o, dublla yadda qalmışdır.

6 sentyabr 2021-ci ildə o, İngiltərə U-20 millisi ilə Rumıniya millisinə qarşı görüşdə qolla yadda qalmış və milli rəqibinə 6-1 hesabı ilə qalib gəlmişdir.

Şəxsi həyatı Ceymsin böyük qardaşı Con MakAti "Qrimsbi Taun" klubunda çıxış edən peşəkar futbolçudur.

Karyera statistikası

+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaFA KubokuLiqa KubokuDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolMançester Siti2021–22Premyer Liqa0000100010Ümumi karyera0000100010

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:Mançester Siti FK futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Nottingem Forest FK futbolçuları Kateqoriya:Şeffild Yunayted FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İngiltərə U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri