Tayyar Raci Şaşmaz (d. 30 oktyabr 1973, Elazığ, Türkiyə) — Zaza kökənli Türkiyəli prodüser, ssenarist və aktyor.
Həyatı və karyerası Zaza kökənlidir. Mərmərə Universiteti Radio və Televiziya fakültəsini bitirib. Rejissoru Osman Sınav olan "Deli Yürek" serialının ssenaristi oldu. 2001-ci ildə ilk filmi olan "Deli Yürek: Bumerang Cehennemi"nin ssenarisini yazdı. Ardından "Qurdlar Vadisi"ni yazmağa başladı. 2004-cü ildə öz istehsal şirkəti olan Pana Filmi quraraq Qurdlar Vadisi serialının ssenaristliyi ilə birlikdə prodüserliyini də üstləndi. "Ekmek Teknesi", "Eşref Saati", "Qurdlar Vadisi: Terror", "Pusqu" serialları ilə yanaşı "Muro", "Qurdlar Vadisi İraq", "Qladio", "Fələstin" filmlərinə imzasını atdı.
Filmoqrafiya
Filmlər İl Adı İstehsal şirkəti Fəaliyyəti 2001 Deli Yürek: Bumerang Cehennemi Sinegraf Ssenari müəllifi 2006 Qurtlar Vadisi İraq Pana Film Ssenari müəllifi, Prodüser 2008 Muro: Lənət Olsun İçimdəki İnsan Sevgisinə Pana Film Ssenari müəllifi, Prodüser 2009 Qurdlar Vadisi Qladio Pana Film Ssenari müəllifi, Prodüser 2011 Qurdlar Vadisi Fələstin Pana Film Ssenari müəllifi, Prodüser
Seriallar İl Adı İstehsal şirkəti Fəliyyəti 1998-2002 Deli Yürek Sinegraf Ssenari müəllifi 2002-2005 Ekmek Teknesi Sinegraf və Pana Film Ssenari müəllifi, Prodüser 2003-2005 Qurdlar Vadisi Sinegraf və Pana Film Ssenari müəllifi, Prodüser, Qonaq aktyor (1-ci bölüm) 2007 Qurdlar Vadisi: Terror Pana Film Ssenari müəllifi, Prodüser 2007-2014 Qurdlar Vadisi: Pusqu Pana Film Ssenari müəllifi, Prodüser 2007-2008 Eşref Saati Pana Film Ssenari müəllifi, Prodüser 2015- Eşkıya Dünyaya Hükümdar Olmaz atv Ssenari müəllifi, Prodüser
İstinadlar
Kateqoriya:Türkiyə prodüserləri Kateqoriya:Türkiyə ssenaristləri Kateqoriya:Türkiyə aktyorları
Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:Türkiyənin televiziya aktyorları