Nuno Qomeş Nabiam (; ) — 28 fevral 2020-ci ildən etibarən Qvineya-Bisau Baş naziri olan siyasətçi.
Həyatı Qomeş Nabiam Kvame Nkruma Milli Liseyini bitirib. Ukraynanın Kiyev şəhərində Ali Mülki Aviasiya Mühəndisliyi İnstitutunda təhsilini başa vurub və 1986-cı ildə mülki aviasiya təqaüdünə layiq görülüb. Qomeş Nabiam daha sonra ABŞ-da təhsil aldı və buradan biznesin idarə edilməsi üzrə magistr dərəcəsi qazandı.
Siyasi fəaliyyəti Qomeş Nabiam 1978-ci ildə Afrika Gəncliyi Amilkar Kabralında fəal oldu. 1980-ci ildə QKVMAAP partiyasına qatıldı. 2012-ci ildə Qvineya-Bisau hökuməti tərəfindən Qvineya-Bisau Mülki Aviasiya Agentliyinin idarə heyətinin sədri təyin edildi.
28 fevral 2020-ci ildə Qomeş Nabiam Qvineya-Bisau Baş naziri təyin edildi. Xalq Birliyi siyasi partiyası məclisinin üzvüdür. Daha əvvəl 1 iyun 2021 və15 iyun 2021-ci il tarixləri arasında Qvineya-Bisau Prezidenti vəzifəsini icra edən politoloq və hərbi zabitdir.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər Kateqoriya:XXI əsr siyasətçiləri