Hüseyn Avni Qarslıoğlu — (; ) — türk diplomatı və siyasətçi, Türkiyənin Azərbaycanda (16.01.2007-20.02.2008) və Almaniyada (15.01.2012 — 31.10.2016) fövqəladə və səlahiyyətli səfiri.
Həyatı Hüseyn Avni 1956-cı il noyabrın 15-də Türkiyədə, Yozqatda anadan olub. İlk təhsilini Ankara Cümhuriyyət liseyində alıb. 1980-ci ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsinin Beynəlxalq Əlaqələr bölməsini bitirib. İngilis və alman dillərini mükəmməl bilir. Evlidir, iki övladı var.
Karyerası Hüseyn Avni Qarslıoğlu 1982-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində işə başlayıb. Əvvəl dövlət qulluğuna namizəd, sonra İnformasiya və Araşdırmalar Departamentinin katibi vəzifəsinə təyin olunub.Hüseyin Avni Karslıoğlu Biyografisi
1984-1986-cı illərdə Tehrandakı səfirlikdə katib vəzifəsində çalışıb.
1986-1990 - Sidney Baş Konsulluğunda vitse-konsul
1992-1996 - Türkiyənin Nyu-Yorkda BMT-kı nümayəndəsi
1998-2001 - Oslo səfirliyində müşavir
2001-2004-cü illərdə Türkiyənin Batumidəki baş konsulu vəzifəsində çalışıb.REPUBLIC OF TÜRKİYE TURKISH CONSULATE GENERAL IN BATUMI
Batumidən sonra, 2004-cü ildə, Xarici İşlər Nazirliyinin Qafqaz və Mərkəzi Asiya üzrə Baş idarəsinin şöbə müdiri, sonra isə baş direktorun müavini vəzifələrində işləyib.
2007-2008-ci illərdə Hüseyn Avni Qarslıoğlu Türkiyənin Bakıdakı səfiri vəzifəsinə təyin olunub. Azərbaycanda fəaliyyəti dövründə Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə diqqət yetirirdi.ПРЕЗИДЕНТ АЗЕРБАЙДЖАНА ИЛЬХАМ АЛИЕВ ПРИНЯЛ ЧРЕЗВЫЧАЙНОГО И ПОЛНОМОЧНОГО ПОСЛА ТУРЦИИ ГУСЕЙНА АВНИ ГАРСЛЫОГЛУTURKEY ALWAYS SUPPORTS FRATERNAL AZERBAIJAN, KARSLIOGLU
2008-ci il aprelin 18-dən 2011-ci il noyabrın 16-dək Abdullah Gülün prezidentliyi dövründə prezidentin şəxsi katibi vəzifəsində çalışıb.
2012-ci ildə Türkiyənin Berlindəki səfiri təyin edilib və 2016-cı ilə qədər bu vəzifəni icra edib.
2017-ci il iyunun 14-də Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildə təqaüdə çıxıb.Hüseyin Avni Karslıoğlu
Həmçinin bax Türkiyənin Azərbaycandakı səfirlərinin siyahısı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə diplomatları Kateqoriya:Türkiyə səfirləri Kateqoriya:Türkiyənin Azərbaycandakı səfirləri Kateqoriya:Türkiyə diplomatları Kateqoriya:Almaniyanın xarici siyasəti