Mario Dragi (; ) — 13 fevral 2021-ci ildən etibarən İtaliya Baş naziri olan italyan iqtisadçı, bankir, akademik və dövlət xadimi.

İtaliyada akademik iqtisadçı olaraq fəaliyyətdən sonra, Dragi 1980-ci illərdə Vaşinqtonda Dünya Bankında çalışdı və 1991-ci ildə Romaya qayıdaraq İtaliya Xəzinədarlığının baş direktoru oldu. On ildən sonra "Goldman Sachs"-a qoşulmaq üçün bu postu tərk etdi və 2006-cı ildə İtaliya Bankının sədri təyin olunana qədər orada qaldı. Sədr fəaliyyəti 2008-ci il böhranı ilə üst-üstə düşdü və bununla mübarizə aparmaq üçün seçildi. Maliyyə Sabitliyi Forumunu əvəz edən qlobal standart quram olan Maliyyə Sabitliyi Şurasının ilk sədri.

2011-ci ildə Avropa Şurası tərəfindən Avropa Mərkəzi Bankının Prezidenti vəzifəsinə təyin olunandan sonra bu postu tərk etdi. Avrozona böhranı zamanı quruma başçılıq etdi və avronun düşüşünün qarşısını almaq üçün "lazım olan hər şeyi" etməyə hazır olacağını söyləməklə bütün dünya gündəmində məşhurlaşdı. 2014-cü ildə Dragi "Forbes" jurnalı tərəfindən dünyanın ən güclü səkkizinci adamı olaraq siyahıya alındı. 2015-ci ildə "Fortune" jurnalı onu "dünyanın ən böyük ikinci lideri" olaraq sıraladı. "Time 100" illik siyahısında üç dəfə siyahıya alınan yeganə italyandır. 2019-cu ildə Pol Kruqman onu "müasir dövrün ən böyük mərkəzi bankçısı" olaraq xarakterizə etdi. Pul siyasəti sayəsində Avropa borc böhranı dövründə geniş şəkildə "avronun xilaskarı" sayılır. Bəzi media tərəfindən "Super Mario" adlandırılıb, Avropa Mərkəzi Bankının Prezidenti olduğu dövrdə çoxsaylı mənbələr tərəfindən Avrozona böhranı ilə mübarizədə əsas rol oynadığı zaman bu ləqəbi məşhurlaşdı.

Draginin AMB sədrliyi müddəti 2019-da bitdikdən sonra ailəsi ilə daha çox maraqlanacağını bildirdi. 3 fevral 2021-ci ildə, COVID-19 pandemiyası zamanı Cüzeppe Kontenin istefasından sonra İtaliya Prezidenti Serco Mattarella tərəfindən milli birlik hökuməti qurmağa dəvət edildi. "Liqa", "Beş Ulduz hərəkatı", "Demokratik Partiya" və "İrəli İtaliya" da daxil olmaqla partiyalarla uğurlu danışıqlardan sonra COVID-19 iqtisadi stimulunun effektiv tətbiqinə,

pezzo di merdabnəzarət edəcəyini vəd edərək, 13 fevralda Baş nazir olaraq and içdi.

Həyatı Mario Dragi 1947-ci ildə Romada tanınmış ailədə anadan olub, Paduada anadan olan atası Karlo 1922-ci ildə İtaliya Bankında işləyib, daha sonra Sənaye Yenidənqurma İnstitutunda və Milli Əmək Bankında çalışıb. Avellino yaxınlığındakı Monteverde şəhərindən olan anası Cilda Mançini əczaçı idi. Üç uşağın ən böyüyüdür: sənətşünas Andreyna və sahibkar Marçello. 15 yaşında ikən 1895-ci ildə doğulan atası və 19 yaşında anası vəfat etdi.

Dragi "Ferrari" sədri Luka Kordero di Montezemolo və televiziya aparıcısı Cankarlo Magallinin qrup yoldaşı olduğu Romadakı yezuit məktəbi olan Massimiliano Massimo İnstitutunda təhsil aldı. 1970-ci ildə Roma Sapientsa Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib, keynesçi iqtisadçı Federiko Kafenin rəhbərliyi altında "İqtisadi inteqrasiya və valyuta məzənnəsi dəyişməsi" adlı dissertasiya işini yazıb. Dragi dissertasiyasında Lüksemburq Baş naziri Pyer Vernerin Avropa pul birliyinin "erkən" olduğunu söyləməsini xüsusilə tənqid etdi. Dragi 1976-cı ildə Massaçusets Texnologiya İnstitutunda İqtisadiyyat üzrə doktorluq dərəcəsi aldı, bu dəfə Franko Modilyani və Robert Solounun rəhbərliyi altında "İqtisadi nəzəriyyə və tətbiqlərə dair esselər" adlı dissertasiya yazdı.https://web.archive.org/web/20130223223329/http://dspace.mit.edu/bitstream/handle/1721.1/54263/04184143.pdf?sequence=1

1973-cü ildə Mario Dragi ingilis ədəbiyyatı mütəxəssisi Serena Kappello ilə evləndi, iki övladı var: "Genextra Spa" şirkətinin investisiya direktoru və "Italian Angels for Biotechis"-in idarə heyətinin üzvü Federika və maliyyə analitiki Cakomo. 2017-ci ilə qədər "Morgan Stanley" investisiya bankında faiz dərəcəsi üzrə treyder olaraq çalışdı və hazırda "LMR Partners" hedcinq fondunda çalışır.

Dragi yezuit təhsili almış Roma katolikidir və İqnati Loyola felsefesinin davamçısıdır. Draginin Romanın Parioli rayonunda və Umbriadaki Çitta-della-Pyevedə evi var. Doğulduğu şəhərin futbol komandası olan Roma FK-un və basketbolun həvəskarıdır.

Professor və dövlət məmuru fəaliyyəti 1975–1981-ci illərdə Dragi Trento Universitetində iqtisadi və maliyyə siyasəti professoru, daha sonra Padua Universitetində nakroiqtisadiyyat və daha sonra Venesiya Universitetində riyazi iqtisadiyyat üzrə professor kimi çalışmışdır. 1981-ci ildə Florensiya Universitetində iqtisadiyyat və pul siyasəti professoru olaraq 1994-cü ilə qədər çalışdı. Bu müddət ərzində Vaşinqtonda Dünya Bankında məsləhətçi olaraq da çalışdı. 1983-cü ildə Dragi Xəzinə Naziri Covanni Qorianın müşaviri təyin edildi.

1991-ci ildə Maliyyə Naziri Qvido Karli və İtaliya Bankının sədri Karlo Adzelio Çampi Dragini İtaliya Xəzinədarlığının Baş direktoru təyin etdilər, Dragi 2001-ci ilə qədər dövlət qulluğunda bu vəzifəni tutdu. Xəzinədarlıqda olduğu müddətdə, italyan korporativ və maliyyə qanunvericiliyinə yenidən baxan və İtaliyanın maliyyə bazarlarını idarə etməyə davam edən qanun layihəsini hazırlayan komitəyə başçılıq etdi. Dragi eyni zamanda 1990-cı illərə qədər İtaliya iqtisadiyyatında baş verən bir çox dövlət şirkətinin özəlləşdirilməsinin əsas tərəfdarlarından biri idi. O, qrupun tam islahatını həyata keçirən və "Təmiz Əllər" korrupsiya skandalını araşdıran XTSX idarə komitəsinə də başçılıq etdi. Dragi sonrakı özəlləşdirmədən əvvəl 1998–2001-ci illər arasında XTSX sədrliyinə qayıtdı. Bu illərdə Eni, Sənaye Yenidənqurma İnstitutu, Milli Əmək Bankı və İtalya Mobiliar İnstitutu kimi bir neçə italyan bank və korporasiyasının idarə heyətinin üzvü olub.

2001-ci ildə Harvard Universitetinin Kennedi Məktəbinin Siyasət İnstitutunun üzvü olmaq üçün xəzinədarlığı tərk etdi. Dragi eyni zamanda 2002-ci ildə "Goldman Sachs International"-ın idarə heyətinin sədr müavini və idarəçi direktoru təyin edildi. O, 2005-ci ilə qədər bu vəzifələrin hamısını tutaraq şirkətin idarə komitəsinin üzvü seçildi. "Goldman Sachs"-ın Avropa strategiyasına və Avropanın böyük şirkətləri ilə əlaqələrinə rəhbərlik etdi. "Goldman Sachs" tərəfindən asanlaşdırılan Yunanıstan hökuməti tərəfindən bazardankənar svopların sistematik olaraq istifadə edildiyi ortaya çıxdıqdan sonra, Dragi bu razılaşma haqqında "heç bir şey bilmədiyini" və "bununla heç bir əlaqəsi olmadığını" bildirdi. Bu dövrdə, Dragi eyni zamanda Nyu-Cersi ştatının Prinston şəhərindəki Ətraflı Tədqiqat İnstitutunda qəyyum olaraq və Vaşinqtondakı Brukinqs İnstitutunda məsləhətçi olaraq da çalışdı.

İtaliya Bankının sədri fəaliyyəti thumb|left|Dragi ABŞ Prezidenti Corc Volker Buş ilə, 2008 2005-ci ilin dekabrında Draginin İtaliya Bankının sədri olacağı açıqlandı. O, rəsmi olaraq 16 yanvar 2006-cı ildə vəzifəyə başladı. 2006-cı ilin aprelində o, Mərkəzi Bank rəhbərləri tərəfindən Maliyyə Sabitliyi Forumunun sədri olmaq üçün seçildi. MSŞ-ın ilk sədri olaraq, Dragi G20 liderlərinə cavabdeh idi və beynəlxalq maliyyə sabitliyini təşviq etmək, bazarların fəaliyyətini yaxşılaşdırmaq və məlumat mübadiləsi və nəzarətçilər arasında beynəlxalq əməkdaşlıq vasitəsilə sistemli riski azaltmaq üçün çalışdı.

İtaliya Bankının sədri olaraq, Dragi eyni zamanda Avropa Mərkəzi Bankının İdarəetmə və Ümumi Şuralarının üzvü və Beynəlxalq Hesablaşmalar Bankının Direktorlar Şurasının üzvü idi. İtaliyanı həm Beynəlxalq Yenidənqurma və İnkişaf Bankında, həm də Asiya İnkişaf Bankında İdarəçilər Şurasında təmsil etmişdir. 5 avqust 2011-ci ildə AMB sədri Jan-Klod Trişe ilə birlikdə İtaliyada Silvio Berluskoni hökumətinə təcili olaraq İtaliyada tətbiq edilməli olan bir sıra iqtisadi tədbirləri tövsiyə etmək üçün məktub yazaraq daxili siyasi müzakirələrə öz töhfəsini verdi.

Avropa Mərkəzi Bankının Prezidenti fəaliyyəti thumb|220px|Dragi (sağda) Dominik Stross-Kan və Jan-Klod Trişe ilə Dragi illərlə Avropa Mərkəzi Bankının Prezidenti vəzifəsində çalışmış və vəzifə müddəti 2011-ci ilin oktyabr ayında başa çatmalı olan Jan-Klod Trişenin xələfi olaraq ən ideal namizəd olaraq görüldü. 13 fevral 2011-ci ildə "Financial Times"-ın köməkçi redaktoru Volfqanq Myunxau Draginin bu vəzifəyə seçiləcəyini təsdiqlədi. Bir neçə gün sonra "The Economist" yazdı ki, "dünyanın ikinci ən əhəmiyyətli mərkəzi bankının növbəti Prezidenti Mario Dragi olmalıdır". Dragi sonradan bu vəzifəyə görə İtaliyanın Baş naziri Silvio Berluskoninin dəstəyini qazandı və İtalyanın Avropa Birliyi daxilində ən önəmli iqtisadi siyasət qurma rolunu görmək istədiyini bildirdi. 17 may 2011-ci ildə Avropa Birliyi Şurası Draginin AMB prezidentliyinə namizədliyini irəli sürdü. Draginin namizədliyi daha sonra Avropa Parlamenti və AMB-ın özü tərəfindən təsdiq edildi və 24 iyun 2011-də AB liderləri tərəfindən təyin edildi. Namizədlik prosesində Draginin "Goldman Sachs"-da keçmiş iş yerləri ilə əlaqədar bəzi narahatlıqlar ortaya çıxdı. Rockefeller Fondu tərəfindən qurulan Otuzlar Qrupunun üzvü olaraq, "Der Spiegel", "Tagesschau.de" və "Die Welt"-də AMB Prezidenti olaraq maraqlar toqquşmasında günahlandırıldı. Dragi Frankfurta köçdü və Trişenin müddətinin bitməsinin ertəsi günü, 1 noyabr 2011-ci ildə AMB Prezidenti vəzifəsini rəsmi olaraq təhvil aldı.

2011-ci ilin dekabr ayında Dragi AMB-dan AB banklarına 489 milyard avroluq üç illik kredit proqramına vasitəçilik etdi. Dragi Trişenin müddətinin son iki faiz artımını da dərhal ləğv etdi, bunu davam edən Avropa borc böhranının azalacağını söylədi. 2012-ci ilin fevral ayında iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Cozef Stiqlits yaxınlaşan Yunanıstan borcunun yenidən qurulması mövzusunda AMB-ın Yunanıstan hökuməti tərəfindən razılaşdırılmayan defoltun əksinə olaraq "könüllü" olması tələbinin hədiyyə olacağını irəli sürdü. Bu borca görə kredit itkisi sığortası satan maliyyə qurumlarına Stiqlitsin mövqeyi təhlükə olduğunu iddia etdi. 2012-ci ilin mart ayında AB banklarına ikinci daha böyük AMB krediti verildi, bu dəfə Uzunmüddətli Yenidən Maliyyələşdirmə Əməliyyatı adlandırıldı. Şərhçilərdən biri, Metyu Linn AMB-ın ABŞ-nin Federal Ehtiyat Sistemindən və İngiltərə Bankından asılılığın aradan qaldırılması ilə birlikdə, 2011 və 2012-ci illərdə neft qiymətlərinin artımını bəslədiyini gördü.

thumb|left|Dragi Davosda, 2013 2012-ci ilin iyul ayında Avrozonadakı dövlətlər haqqında yenidən panel müzakirəsi keçirildi, o, AMB müşavirəsində "Avronu qorumaq üçün lazım olan hər şeyi etməyə hazıram. İnanın ki, bunu bacaracağıq" söylədi. Bu bəyanat bütün AB və dünyanın maliyyə bazarlarında geniş şəkildə bildirildi və əvvəlcə avrozona ölkələri, xüsusən İspaniya, İtaliya və Fransa üçün istiqraz faizlərinin davamlı azalmasına səbəb oldu. Avrozona böhranının həlli ilə bağlı yavaş siyasi irəliləyişlər nəzərə alınmaqla, Draginin bəyanatı sonradan Avrozonanın taleyində əsas dönüş nöqtəsi olaraq qəbul edildi, çoxsaylı siyasətçilər və şərhçilər bunun davam etməli olduğunu izah etdilər. Dragi o vaxtdan bəri "lazımlı şəxs" ifadəsi ilə yadda qaldı.

2013-cü ildən başlayaraq, çox riskli sövdələşmələr edən Monte dey Paski di Siena Bankı ətrafında baş verən qalmaqallar kontekstində Dragi tənqid edildi.

right|thumb|Dragi Avropa Parlamentinin plenar iiclasında, 2019 2013-cü ilin aprelində Dragi Avrozonanın üzvlüyü ilə bağlı bir suala cavab olaraq dedi: "Bu suallar, avronun avropalılar üçün, avro bölgəsi üçün nə demək olduğunu çox aşağı qiymətləndirən insanlar tərəfindən hazırlanmışdır. Yatırılan siyasi sərmayəni çox aşağı qiymətləndirirlər." 2015-ci ildə Avropa Parlamenti qarşısında çıxış edən Dragi üzv ölkələr bir qədər müstəqillikdən imtina etmədikcə və daha çox Pan-Avropa hökumət qurumları yaratmadıqca Avrozonanın gələcəyinin risk altında olduğunu söylədi. Dragi "Həqiqi pul birliyi mərhələsinə hələ çatmamışıq" dedi. Avrozona ölkələrinin iqtisadiyyatlarını uyğunlaşdıra bilməməsi və daha güclü qurumlar yaratmaması, "əhəmiyyətli bir şokla qarşılaşdıqda pul birliyinin uzunmüddətli müvəffəqiyyətini riskə atacaq" dedi. 2015-ci ildə Dragi siyasi fikirlərinin liberal sosializmə aid olduğunu söylədi.