Vaso Sanakoyev (; ) — Cənubi Osetiya, Sovet yazıçısı, şairi və dramaturqu.

Bioqrafiyası 15 yanvar 1901-ci ildə Tiflisdə anadan olmuşdur. 8 yaşında ikən atasını itirir. Anası tərəfindən böyüdülür. Ailənin çətin maddi vəziyyəti səbəbindən əmək fəaliyyətinə erkən, yetkinlik illərində başlamışdır. Dülgərlik emalatxanasında və daha sonra Tiflisdəki Vaxnyanski mexaniki zavodunun alət sexində şagird kimi işə düzəlir. 1916-cı ildə tətildə iştirak edir və bu səbəbdən fabrikdən qovulur. 1918-ci ildə kənd təsərrüfatı işləri ilə məşğul olduğu Siqnaxski rayonunun Kexviani kəndinə köçür. 1921-ci ildə XI Qızıl Ordunun 179-cu Piyada Alayına könüllü olaraq qəbul olunur. 1923-cü ilin avqustunda tərxis edilir, sonra yol tikintisində çalışır. 1925-ci ildən Tiflisdəki ağac emalı zavodunda işləyir. İşçi olaraq gürcü rejissoru Kote Marcanişvilinin idarə etdiyi teatr studiyasına qatılır.

1928-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olur. Elə həmin il Tiflis şəhər məclisinin deputatı seçilir. 1930-cu ildə Cənubi Osetiya ağac sənayesi müəssisəsinə direktor təyin edilir. 1934-cü ildə Arxangelsk Ağac Sənayesi İnstitutuna daxil olur və 1937-ci ildə oranı bitirir. 1937-ci ilin fevralında Cənubi Osetiya Mərkəzi İcraiyyə Komitəsinin sədr müavini vəzifəsini icra edir və 1939-cu ildə Calabet meşə zavodunun direktoru vəzifəsinə təyin edilir. Böyük Vətən müharibəsi illərində Stalinir şəhərində yerləşən bir xəstəxanada komissar kimi xidmət edir. 1943-cü ildə Calabet taxta zavodunda işə qayıdır.

Müharibədən sonra Stalinir meşə zavodunun direktoru, Cənubi Osetiya Vilayəti icra komitəsinin mədəniyyət şöbəsinin müdiri vəzifələrini tutur. Stalinir şəhər məclisinə deputat seçilir. Cənubi Osetiya Yazıçılar Birliyinin üzvü olur.

1978-ci ildə Tsxinvalidə dünyasını dəyişir.

Yaradıcılığı 1924-cü ildə ilk ədəbi əsərlərini yazır. 1941-ci ildə Stalinirdə "Bir dəfə məhkumdur" adlı ilk pyesi nəşr olunur. Əsərlərini Osetiya ədəbi jurnalının "Fidiueq" səhifələrində nəşr etdirir. 1951-ci ildə əsərlərinin toplusunu nəşr olunur.

1952-ci ildə Stalinir Dövlət Dram Teatrında onun "Vardo" pyesi əsasında hazırlanmış bir tamaşa səhnələşdirilir.

1959-cu ildə Birinci Dünya müharibəsindən Gürcüstanda Sovet hakimiyyətinin qurulmasına qədər yaşadığı hadisələri təsvir edən (Dərin iz) adlı bioqrafik romanını nəşr etdirir.

İstinadlar

Ədəbiyyat Голоты Вл., Санахъоты Уасойы радзырдты æмбырдгонд, Фидиуæг, № 1, 1956 Бибоева И. Г., Казиты М. Р., Писатели Осетии, библиографический справочник, Владикавказ, Ир, 2015, стр. 142–143, ISBN 978-5-7534-1499-01 Очерк истории осетинской советской литературы, Орджоникидзе, 1967 Писатели Южной Осетии, Цхинвал, 1967.

Mənbə Санакоев, Василий Михайлович