Aleksey İvanoviç Abrikosov (; ) — SSRİ patanatomu.

Həyatı Aleksey İvanoviç Abrikosov 18 yanvar 1875-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, 1939-cu ildə SSRİ Elmlər Akademiyası, 1944-cü ildən isə SSRİ Tibb Elmlər Akademiyasının akademiki, həmçinin Polşa EA üzvü olmuşdur. Abrikosov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. O, 1920–1953-cü illərdə Moskva Universitetinin Tibb fakültəsinin (1939-cu ildən Birinci Moskva Tibb İnstitutunun) professoru olmuşdur. Elmi əsərləri ağciyər vərəminə, simpatik sinir düyünlərinin patoloji anatomiyasına, əzələ şişlərinə və s. həsr edilmişdir. Abrikosov əzələ şişlərinin xüsusi növünü (mioblastomioma) – "Abrikosov şişi"ni tapmışdır.

Təltif və mükafatlar Aleksey Abrikosov ilk dəfə "Lenin" ordeni, "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur. O həmçinin, 1942-ci ildə SSRİ Dövlət mükafatı, 1945-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı mükafatlarına layiq görülmüşdür.

İstinadlar

Əlavə ədəbiyyat Струков А. И. Академик Алексей Иванович Абрикосов: Библиография / Сост. А. И. Струков ; Ред. Б. Д. Петров ; I Моск. ордена Ленина мед. ин-т. — М.: Изд-во Акад. мед. наук, 1951 (вып. дан. 1952). — 24 с. Давыдовский И. В. Алексей Иванович Абрикосов // Вестник АМН СССР. — 1955. — № 2. Фёдоров А. Н. А. И. Абрикосов (1875—1955) / Канд. мед. наук А. Н. Фёдоров. — М.: Медицина, 1970. — 48 с. — (Научно-популярная медицинская литература. Выдающиеся деятели отечественной медицины и здравоохранения). — 6000 экз. Ерофеев Н. Д. АБРИКОСОВ Алексей Иванович // А. Ю. Андреев, Д. А. Цыганков Императорский Московский университет: 1755—1917 : энциклопедический словарь. — М.: Российская политическая энциклопедия (РОССПЭН), 2010. — С. 11. — ISBN 978-5-8243-1429-8.

Xarici keçidlər

Статья на сайте «Летопись Московского университета» Григорьян Н. А. Абрикосов Алексей Иванович (18.01.1875 — 09.04.1955) // Сайт РАН 25.06.08 Абрикосов Алексей. 80 лет лауреату Нобелевской премии. Наука на телеканале «Культура»

Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ həkimləri