Knyaz Roman İvanoviç Baqration (, ) — Rusiya Ordusunun general-leytenantı.

Gürcü kral ailəsi Baqration sülaləsindəndir. 1812-ci il Vətən müharibəsi qəhrəmanını Pyotr ivanoviç Baqration onun kiçik qardaşıdır.

Həyatı 16 aprel 1790-cı il tarixində atlı leyb-qvardiya alayına yazıldı. Fəal hərbi xidmətə 16 aprel 1796-cı ildə Valerian Zubovun yanında kursant olaraq başladı. 1796-cı il mayın 10-da o, Kuban yeger korpusuna yazılaraq gizir vəzifəsinə yüksəldi. 1796-cı ildə Dərbəndin tutulmasında iştirak etdi. 25 aprel 1802-ci ildə Qusar leyb-qvardiyaya alayına leytenant olaraq təyin edildi.

1805 və 1807-ci illərdə o, fransızlarla döyüşüb.

1809 və 1810-cu illərdə Dunay (1812-ci ilə qədər — Moldova) ordusunda könüllü olaraq türklərlə vuruşub. 26 noyabr 1810-cu ildə polkovnik rütbəsinə yüksəldi. 20 yanvar 1810-cu ildə IV dərəcəli George Sankt-Peterburq ordeni ilə təltif edildi.

1812-ci ildə Tormasovun 3-cü Ordusunun bir hissəsi olaraq cənub istiqamətindəki döyüşlərdə iştirak etdiyi İskəndəriyyə Qusar alayına təyin edildi. Kobrin, Brest və Qorodeçnoda döyüşdü.

28 yanvar 1814-cü ildə III dərəcəli Sankt-Peterburq George ordeni ilə təltif edildi.

1827-ci il Rusiya-İran müharibəsi zamanı Erivana ilk daxil olan olduğu üçün məşhurlaşdı. 25 iyun 1829-cu ildə türklərlə müharibədə fərqləndiyinə görə general-leytenant rütbəsi aldı. Sənətə himayədarlıq edir, Tiflisdəki evində ədəbi gecələr keçiririrdi və ev tamaşalarını səhnələşdirirdi.

1832-ci ildə Abxaziyaya göndərildi və orada qızdırmadan vəfat etdi. Müqəddəs David kilsəsində Tiflisdə dəfn edildi.Иосселиани П. Описание древностей города Тифлиса. — 1866.

Roman Baqration, erməni əsilli zadəgan ailsinin nümayəndəsi Anna Semyonovna İvanova ilə evlənir. Onların bu evlilikdən 3 uşağı dünyaya gəlir. Pyotr Romanoviç Baqration knyaz general-leytenant, (1818–1876), İvan Romanoviç Baqration, knyaz polkovnik (1824–1860), Yelizaveta Romanoviç Baqration kinyagina, ailə qurduqdan sonra baronessa Belendorf oldu (1820–1867). Roman Baqrationun övladlarından biri, knyaz general-leytenant Pyotr Romanoviç Baqration — Perm əyalətində kəndli islahatının həyata keçirilməsinə nəzarət etdi, Tver qubernatoru, Ostszey diyarının general-qubernatoru idi. Eyni zamanda o, metallurgiya mühəndisi olaraq şöhrət qazanır, bu sahədə əsərlər yazır, siyanidləşdirmə yolu ilə filizlərdən qızıl çıxarmaq üçün yeni üsul kəşf etdi.

Filmdə Baqration" filmi(1985) — aktyor Zurab Kipşidze

İstinadlar

Xarici keçidlər https://ru.rodovid.org/wk/Запись:197178

Kateqoriya:3-cü dərəcəli "Müqəddəs Georgi" ordeninin kavalerləri Kateqoriya:III dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri Kateqoriya:Baqrationlar Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1828–1829) iştirakçıları Kateqoriya:Rusiya İmperator Ordusunun generalları Kateqoriya:Malta cəngavərləri