Çapaqcur döyüşü — 1387-ci ildə Qaraqoyunlu və Teymurilər arasında baş vermiş müharibə.

Döyüşdən əvvəlki siyasi şərait 1386–1388-ci illər ərzində Teymur Şimali İrana və Azərbaycana yürüşlər təşkil edir. 1386-cı ildə Səmərqəndə yola düşən Teymur əvvəlcə Luristan hakimi Məlik İzzəddin üzərinə yürüş edir. Məlik İzzədini və ailəsini Türküstana sürgün etdikdən sonra ikinci hədəfini gerçəkləşdirmək üçün Azərbaycana yola düşür. Bu ərəfədə Cəlairi Sultanı Əhmədin Təbrizə gəlişi xəbərini eşidir, lakin Cəlairi Əhməd Teymurun da bu bölgəyə səfərindən xəbər tutaraq Bağdada doğru yönəlir. Teymur həmin yazı Təbrizdə keçirdikdən sonra Naxçıvana və Qarsa yürüş edərək bu əraziləri ələ keçirir. Daha sonra Gürcüstan və Şərqi Anadoluya yönələn Teymur burada Avnik, Muş, Van, Əhlət qalalarını ələ keçirir. Teymurun yürüşlərə başının qarışdığı bir dövrdə çoxlu qüvvə toplayan Toxtamış Təbriz üzərinə hücuma keçir. Toxtamışın Təbrizi yağmalaması xəbərini eşidən Teymur da Təbrizə yönəlir. 1387-ci ilin əvvəllərində Teymur Qarabağda olarkən Toxtamış da Dərbəndi keçərək Samur çayı yaxınlığına gəlir. Tərəflər arasında baş verən döyüşdə Toxtamış geri çəkilmək məcburiyyətində qalır. Həmin il Qaraqoyunlular üçün Teymur təhlükəsi meydana gəlir. Teymur Qaraqoyunlu sultanı Qara Məhəmmədi xaç qafilələrinə və ticarət karvanlarına basqınlar etməkdə günahlandırır, lakin bu təbii ki, bəhanə idi. Teymurun hücuma keçməsinin əsl səbəbi Şərqi Anadoluda müstəqil bir dövlətin yaranmasının qarşısını almaq və Qaraqoyunlu türkmənlərini özündən aslı vəziyyətə salmaq idi.

Çapaqcur döyüşü Tərəflər Ərzurumda Çapaqcur suyu (Ab-ı Çapaqcur) adlanan ərazidə qarşı-qarşıya gəlir. Burada qərargah qurdudqdan sonra ordudan 3 qoşun ayıraraq Qara Məhəmmədin üzərinə göndərir. Bu qoşunlardan birinə oğlu Miranşah başçılıq edirdi. Müdafiəyə çəkilən Qara Məhəmmədin üzərinə yürüyən Miranşah çoxlu qənimət əldə edir, lakin Qara Məhəmməd tez bir zamanda geri çəkilərək Çapaqçur çevrəsində keçidləri tutmuş, Teymurun ordusunu darmadağın etmişdir. Bu qalibiyyətdən sonra Qara Məhəmməd Məmlüklərin Malatya naibi Mintaşa sığınır. Teymurun bu məğlubiyyəti ilə bağlı Metsoplu Toma yazır:

İstinadlar

Həmçinin bax Qaraqoyunlular Əmir Teymur

Kateqoriya:Müharibələr Kateqoriya:Qaraqoyunlular Kateqoriya:1387-ci ildəki hadisələr Kateqoriya:Qaraqoyunluların döyüşləri