Nairi Zaryan (; əsl adı: Ayastan Yeğiazaryan; ) — Ermənistan-sovet şairi və yazıçısı. O, 1944–1946-cı illərdə Ermənistan Yazıçılar İttifaqının prezidenti olmuş, həmçinin Ermənistan SSR Sülhü Müdafiə Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Həyatı Nairi Zaryan 26 yanvar 1901-ci ildə Osmanlı imperiyasının Van vilayətində yerləşən Qaragündüz kəndində anadan olmuşdur. O, 1915-ci ildə Anadoluda etnik gərginlikdən əziyyət çəkdiyinə görə Rusiyaya qaçmışdır.Zarian in Great Soviet Encyclopedia Zaryan sonradan, 1918-ci ildə Anadoluda Osmanlı qüvvələrinə qarşı vuruşan milislərin tərkibində döyüşmüşdür. O, 1927-ci ildə İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Zaryan yazıçılıq fəaliyyətinə bu dövrdə başlamışdır. O, İkinci Dünya müharibəsi illərində çoxlu sayda şeir və qeydlər nəşr etdirmişdir. Zaryan 1951–1958-ci illərdə Ermənistan SSR Ali Sovetinin deputatı olmuşdur.

İstinadlar

Əlavə ədəbiyyat Zarian in Armeniapedia

Kateqoriya:Ermənistan yazıçıları Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr şairləri Kateqoriya:Ermənistan dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Ermənistan SSR əməkdar incəsənət xadimləri