Həsən Şaş () — türk futbol məşqçisi və cinah yarımmüdafiəçisi kimi çıxış etmiş keçmiş oyunçu.
Həsən Gökhan Şaş 1998-ci ildə "Ankaragücü"ndən "Qalatasaray"a keçib. Karyerasında 5 Türkiyə çempionluğu, 3 ölkə kuboku, 1 UEFA kuboku və 1 UEFA Superkuboku var. 2002-ci ilin dünya çempionatında Türkiyə milli komandasının heyətində bürünc medal qazanıb. Orta xətdə oynayan H. Şaş "Qalatasaray"ın heyətində 350 rəsmi matçda 53 qol, Türkiyə yığmasında isə 57 matçda 9 qol vurub.
H. Şaşın "Qalatasaray"la müqaviləsi bu il başa çatıb və klub rəhbərliyi onunla müqaviləni uzatmayıb. 32 yaşlı futbolçu Türkiyədəki bəzi klublardan, həmçinin Qatar və Səudiyyə Ərəbistanından transfer təklifləri almasına baxmayaraq, "Qalatasaray"dan başqa heç bir komandada oynamaq istəmədiyi üçün ailəsi ilə də məsləhətləşərək karyerasına nöqtə qoymağa qərar verib.
İstinadlar
Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Futbolda dopinq halları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə futbol məşqçiləri Kateqoriya:Türkiyə futbol məşqçiləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri