Mixail Kosses və ya İslamı qəbul etdikdən sonrakı adı Abdullah Kosa Mihal Qazi (qısaca Abdullah Qazi və ya Kosa Mihal) (?-1328) — Bizans tabeliyində Çirmenkiya (Harmanqaya) təkfuru (başçısı), daha sonra 1303-cü ildən Osmanlı tabeliyində yenə Harmanqaya sancaqbəyliyinin (və ya uc bəyliyinin) sancaqbəyi (və ya uc bəyi), həmçinin Osmanlıda Akınçı bölüyünün qurucusu, Mihaloğulları nəslinin əcdadı.
Kökü Mixail Kossesin hansı nəslə aid olduğu mübahisəlidir. Tarixçi Yozef fon Hammer və bir sıra tarixçilər, Mixail Kossesin Paleoloq sülaləsindən olduğunu iddia edirlər. Bir nəzəriyyəyə görə, Mixael Kossesin mənşəyi. John III. Doukas Vatazesin sərhəd qüvvəsi kimi yerləşdirdiyi Kuman-Qıpçaqlara əsaslanır.“Bizans Ordusunda Ücretli Türk Askerler (XI.-XII. Yüzyıllar)”, Selçuk Üniversitesi Türkiyat Araştırmaları Dergisi, S. 25, 2009, s. 53-69.VASARY, Istvan, Kumanlar ve Tatarlar Osmanlı Öncesi Balkanlar’da Doğulu Askerler (1185-1365), 2. Baskı, çev. Ali Cevat Akkoyunlu, Yapı Kredi Yayınları, İstanbul, 2015.
Bizansın Çirmenkiya Təkfurluğunun təkfuru Mixail Kosses Mixail Kosses 1303-cü ilə qədər İmperator II Andronikos Paleoloqos tərəfindən Çirmenkiya təkfuru təyin edilmişdir.
Osmanlıda Harmanqaya sancaqbəyi Abdullah Bəy 1303-cü ildə Osman Qazi ilə Əskişəhir bəyi arasında bir toqquşmada Mixail Kosses Əskişəhər bəyinin tərəfində döyüşür və əsir düşür. Nəticədə Mixail Kosses müsəlman olur və daha əvvəl Osman Qazi tərəfindən fəth edilmiş Harmanqayaya (keçmiş Çirmenkiyaya) yenidən rəhbər təyin edilir. Kosa Mihal Mihaloğulları nəslinin əcdadı və Axıncı bölüyün qurucusudur.
Kinoda "Kuruluş Osmancık" adlı serialda Əhməd Məkin tərəfindən canlandırılmışdır. Quruluş Osman adlı serialda Mixail Kossesi Sərhəd Kılıç canlandırır. Kateqoriya:Osmanlı siyasətçiləri