Bəylər Tapdıq oğlu Ağayev () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağac kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılır.

Döyüşlərdə iştirakı Bəylər Ağayevin yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.

1992-ci ilin avqust ayının 6-sında Bəylər yoldaşları ilə mühasirəyə düşür. Vuruşur və qarşı tərəfi də itkilərə uğratmasına baxmayaraq həlak olur.

Ailəsi Subay idi.

Milli Qəhrəman Azərbaycan respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümundən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Qarağac kənd tam orta məktəbi onun adını daşıyır.

Qubadlı rayonunun Qarağac kəndində dəfn edilmişdir.

İstinadlar

Ədəbiyyat Ağayev Bəylər Tapdıq oğlu: (1969–1992) //Qubadlının Milli Qəhrəmanları: (Plakat).- B.: İşıq, 1993. Əsgərov V. Ağayev Bəylər Tapdıq oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.13. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 21–22.

Xarici keçidlər Ağayev Bəylər Bəylər Ağayev

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Qubadlı rayonunda doğulanlar Kateqoriya:Laçın rayonunda vəfat edənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları