Natiq Camal Afşar (d. 12 avqust, 1961, Bakı şəhəri) — Cəmşid xan Naxçıvanski adına medal ilə təltif edilmiş rəssam-heykəltaraş, Azərbaycan Hərb Tarixi Muzeyinin qurucusu,Атешгях, Н. Натиг Джамал: Это наш батальный жанp: [о творчестве художника, скульптора и художественного оформителя Музея Военной Истории Н.Джамала] //Зеркало.- 2013. — 8 марта — С.22. Azərbaycanda ilk dəfə "Hərbi rəssamlıq" studiyasının yaradıcısı, Beynəlxalq Mahmud Qaşqarlı fondunun laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Həyatı Natiq Camal Afşar 1961-ci il 12 avqust tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1977–1980-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini rəssam ixtisası üzrə bitirib. 1981-ci ildə Moskva Hərbi Dairəsində həqiqi hərbi xidmət keçib. 1982-ci ildə Moskva Hərbi Dairəsində hərbçi rəssamlar arasında keçirilən rəsm müsabiqəsinin laureatı olub.

Hərbi xidməti bitirdikdən sonra 1983-cü ildə Şixəli Qurbanov adına Musiqili Komediya teatrında dekorçu rəssam və Azərbaycan Rəssamlar İttifaqının istehsalat Kombinatında icraçı heykəltaraş işləmişdir.

1985-ci ildə Yuri Qaqarin adına Məktəblilərin yaradıcılıq evində rəsm və heykəltaraşlıq müəllimi, eyni zamanda keramika fabrikasında keramikaçı rəssam vəzifəsində işləmişdir.

1987–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini heykəltaraş ixtisası üzrə bitirmişdir. Tələbəlik illərində 1989-cu ildə Rusiyanın Smolensk Vilayəti Qaqarin Şəhərində fərdi sərgi keçirmişdir. Müxtəlif illərdə Abdulla Şaiq adına Uşaq Teatrında dekorçu rəssam, quruluşçu rəssam vəzifələrində çalışmışdır. 

1993-cü ildə M. Şəhriyar adına Mədəniyyət evində və İstiqlal Muzeyində "İstiqlal Yolları" adlı fərdi sərgilər keçirmişdir (1993–2004-2007). 1993-cü ildə rəssam Türk Araşdırmaları Vakfının dəvəti ilə İstanbulda müxtəlif ictimai məkanlarda daha üç sərgi keçirmişdir. 1997-ci ildə Türkiyənin Niğde Ömer Halisdemir Universitetində rəsm müəllimi işləmək üçün dəvət edilmişdir.

Rəssam 1993-cü ildən 2019-cu ilə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində təşkil edilən Azərbaycan Hərb Tarixi Muzeyi Hərbi rəssamlıq və Hərb Tarixi şöbələrinin açılmasına nail olmuş və 2019-cu ilə qədər Hərbi rəssamlıq studiyasına rəhbərlik etmişdir. Muzeydə işlədiyi müddətdə Muzeyə 470 eksponat hazırlayıb vermişdir.

1980-ci ildə Rəssamlar İttifaqının keçirdiyi sərgilərdə iştirak etmişdir. Əsərləri Türkiyədə, Rusiyada, İranda, Portuqaliyada, İspaniyada, İrlandiyada, İngiltərədə, Çexoslovakiyada, Macarıstanda, Amerika Birləşmiş Ştatlarında sənət sevərlər tərəfindən alınıb saxlanmaqdadır.

Rəssam müxtəlif janrlarda çalışır. 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının keçirdiyi sərgilərdə iştirak edir. 2018-ci ildə Azərbaycan Müdafiə Nazirliyi Veteranlar Birliyi tərəfindən "Cəmşid Naxçıvanski" medalı ilə təltif olunmuşdur.

2018-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən Əməkdar rəssam adı layiq görülməyinə dair təqdimat Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar Məsələlər Şöbəsinə göndərilmişdir.

Azərbaycanda keçirilən sərgiləri Rəssamın Azərbaycanda 7 fərdi sərgisi keçirilib:

1993-cü ildə M. Şəhriyar adına Mədəniyyət evində keçirilən Azərbaycan Hərb Tarixinə dair sərgi. 1993-cü ilin aprel ayında Azərbaycan İstiqlal muzeyində "İstiqlal Yollarında" adlı fərdi sərgi. 1997-ci ildə Yeni Azərbaycan Partiyasının tədbir və sərgisi. 2004-cü ildə Azərbaycan İstiqlal muzeyində "İstiqlal Yollarında" adlı fərdi sərgi. 2004-cü ildə Bakı Caz mərkəzində Dünya caz ulduzlarına həsr edilmiş fərdi sərgi. 2006-cı ildə Azərbaycan İstiqlal muzeyində "İstiqlal" adlı fərdi sərgi. 2021-ci il 8 dekabr tarixində — Beynəlxalq Rəssamlar Günündə Bakı Xətai Sənət Mərkəzində Milli Məclisin Mədəniyyət Komitəsinin, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB, "NƏFƏS" İB, "Masallı Təhsil Fondu"-nun dəstəyi ilə keçirilən sərgidə "Beynəlxalq Mahmud Kaşqari" Mükafatı laureatı, rəssam-heykəltaraş Natiq Camal Afşarın dahi Azərbaycan şairi Nizaminin 880 illik yubileyi münasibətilə, dahi şairin əsərlərinin motivləri əsasında çəkdiyi, əsasən miniatür əsərlər sərgilənib.NATİQ CAMAL AFŞAR _NİZAMİ GƏNCƏVİ 880 — Video 2025-ci il 6 noyabr tarixində - Xətai İncəsənət Mərkəzində "Qələbəni yaşadanlar" sərgisi.44 günlük Vətən müharibəsinə həsr olunan “Qələbəni yaşadanlar” sərgisi keçirilib - VİDEO - Mədəniyyət TV Youtube kanalı.

Türkiyədə keçirilən sərgiləri Rəssam 1993-cü ildən Türkiyədə keçirilən müxtəlif sərgilərdə iştirak etmişdir:

1993-cü ildə Türk Araşdırmaları Vakfının dəvəti ilə İstanbul Süleymaniyə Mədəniyyət mərkəzində keçirilən fərdi sərgi. 1995-ci ildə Türk Araşdırmaları Vakfının dəvətiylə bir daha İstanbul Süleymaniyə Mədəniyyət mərkəzində keçirilən fərdi sərgi. 1997-ci ildə İstanbul Rəşid Rey Tiyatrosu binasında Azərbaycanlı rəssamların sərgisi. 1997-ci ildə Tatarıstan Kazan şəhərində "Altun Urda" cəmiyətinin təşkil etdiyi fərdi sərgi. 2021-ci il Osmaniyə Korkut Ata ünversiteti rəhbərliyi tərəfindən sərgidə iştirak etdiyinə görə təşəkkürnamə.

Təltif və mükafatları Aydın Adnan Menderes Ünversitesi Türk sanatı ve Kültürü uyqarlama və araşdırma merkezi müdirliyi tərəfindən sərgidə iştirak etdiyinə görə təşəkkürnamə. Dr. Öğr. Üyesi Ahmet Aytaç Aydın Adnan Menderes Üniversitesi Türk Sanatı ve Kültürü Araştırma ve Uygulama Merkezi Müdirü sərgidə iştirak etdiyinə görə təşəkkürnamə 2021-ci ilin mart ayında təşkil edilən "Uluslararası Davetli İstiklal Marşı ve Mehmet Akif Ersoy Plastik Sanatlar Sanal" sərgisində iştirak etdiyinə görə təşəkürnamə. Rəssam Uluslararası Türk Sanatı, Tarixi və Folkloru Çevrimçi Kongresi / Sanat Etkinlikleri sərgisində iştirak etdiyinə görə təşəkkürnamə ilə təltif olunmuşdur. Hərb tarixi muzeyinin qurucusu olduğuna görə Cəmşid xan Naxçıvanski adına medal ilə təltif edilib (2017). Beynəlxalq Mahmud Qaşqarlı fondunun laureatı.

Qalereya

Xarici keçidlər "Bu dövlət rəssama 300–400 manat pulu niyə çox görür", Azərbaycan Hərb Tarixi Muzeyinin rəssamı — www.bbc.com "Gücümüz birlikdədir!" mövzusunda rəsm müsabiqəsi keçirilib — mod.gov.az/ Classical art of Azerbaijan artist Natik Jamal Afshar — Video Azərbaycan Hərb Tarixi Muzeyindən reportaj — AzərTAC — Video Yurduna Sadiq rəssam — Qafqaz TV Художник-баталист из династии Афшаров — газета Каспий, 17.05.2013 Rəssam Natiq Camal Afşarın Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında rəmslərindən ibarət sərgisi keçirildi — FOTOLAR Natig Jamal Afshar Natiq Camal Əfşarın müəllifi olduğu əsərlər - I hissə. - lib.az Natiq Camal Əfşarın müəllifi olduğu əsərlər - II hissə. - lib.az

İstinadlar