Bayam-Martin adası () — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir.
Coğrafiya Adanın sahəsi 1150 km²-dir, Kraliça Yelezaveta adaları arasında ərazisinə görə 17-ci yerdədir. Adanın maksimum uzunluğu 46 kilometr, eni isə 37 kilometrdir.
Bayam Martin adası Vaykaunt-Melvill boğazının şimalında yerləşir. 27 km qərbdə yerləşən Melvil adasından Bayam boğazı ilə, 35 km şimal-şərqdə yerləşən Barest adasından isə Ostin boğazı ilə ayrılır.
Tarix Ada 1819-cu ilin avqustunda ingilis dəniz səyyahı Uilyam Edvard Parri tərəfindən Atlantikadan Sakit Okeana Şimal-Qərb keçidini axtararkən ilk dəniz ekspedisiyası tərəfindən kəşf edilmiş və admiral Tomas Bayam Martinin (1773–1854) şərəfinə adlandırılmışdır.
İstinadlar
Kateqoriya:Kanada adaları Kateqoriya:Şimal Buzlu okeanın adaları Kateqoriya:Kanada Arktik arxipelaqı Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları