Vasili Dubrovski İvanoviç (d. 1868 — ?) — rus kökənli Rusiya İmperator Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin zabiti, general-mayor.
Həyatı Ümumi təhsilini Mixaylovski Voronej Kadet Məktəbində almışdır.
Rusiya İmperator Ordusunda xidməti Hərbi xidmətinə 1886-cı ilin 29 avqustunda sıravi rütbə ilə Konstantinski Məktəbində başlamışdır. 7 avqust 1887-ci ildə podporuçik rütbəsi almış və IV Nesvijskiy alayında xidmət etməyə başlamışdır. 1891-ci ildə poruçik rütbəsi almışdır. O, həmçinin Aleksandrovski hərbi-hüquq məktəbini birinciliklə bitirmiş və 1895-ci ildə ştabs-kapitan rütbəsinə yüksəlmişdir. 6 iyun 1896-cı ildə hərbi dəniz qüvələri sahəsində çalışmışdır. 1897-ci ildə isə, kapitan rütbəsinə yüksəlmişdir. 2 may 1901-ci ildə hərbi prokurorun köməkçisi təyin edilmişdir. Elə həmin ildə də, polkovnik-leytenant rütbəsinə yüksəlmişdir.
1 yanvar 1905-ci ildə Qafqaz Hərbi Dairəsinin hərbi müfəttişi olmuş və 1905-ci ildə polkovnik rütbəsinə yüksəlmişdir. 13 iyun 1907-ci ildə Qafqaz Hərbi Dairəsinin prokuror köməkçisi təyin edilmişdir. 3 aprel 1913-cü ildə isə həmin dairənin hərbi prokuroru olmuşdur. Həmin ilin 14 aprelində general-mayor rütbəsinə yüksəlmişdir.
AXC Milli Ordusunda xidməti Rusiya imperiyası dağıldıqdan bir müddət sonra Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etməyə başlamışdır. 1919–1920-ci illərdəki xidməti boyunca hərbi-dəniz qüvvələri hərbi hissəsinin komandanı olmuşdur. Bolşeviklər tərəfindən həyata keçirilən Aprel işğalından sonrakı taleyi bilinmir.
Mükafatları III dərəcəli "Müqəddəs Anna" ordeni (1909) II dərəcəli "Müqəddəs Stanislav" ordeni (1912) II dərəcəli "Müqəddəs Anna" ordeni (1915) III dərəcəli "Müqəddəs Vladimir" ordeni (1915)
Həmçinin bax Gennadi Tarxanov İsgəndər Seyfulin
İstinadlar
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin generalları Kateqoriya:2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri Kateqoriya:III dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri [Kateqoriya:Azərbaycan generalları]] Kateqoriya:Azərbaycan generalları