Süheyl ibn Əmr (; ) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, məşhur qureyşlilərdən biri. O, "Xətib" ləqəbini daşıyırdı. O, Bədr döyüşündə müsəlmanlar tərəfindən əsir düşmüş, yalnız Məkkənin alındığı gün İslamı qəbul etmişdir.

Bioqrafiyası Onun tam adı Əbu Yezid Süheyl ibn Əmr ibn Əbdüşşəms ibn Əbdülvəd ibn Nəsr ibn Malik əl-Qureyşidir. Məhəmmədin peyğəmbərlik missiyasının başlanğıcı zamanı Süheyl Məkkənin rəhbərlərindən biri idi. Uzun illər Süheyl müsəlmanların müxalifi olmuşdur. O, Taifə köçmək üçün uğursuz cəhddən sonra Məhəmməd peyğəmbəri müdafiə etməkdən imtina edənlərdən idi. Onun iki oğlu var idi: Abdullah və Əbu Cəndəl. Hər iki oğul İslamı atalarından əvvəl qəbul etmişdir.

Bədr döyüşündə müsəlmanlar tərəfindən əsir götürülür, lakin fidyə müqabilində azad edilir. Hüdeybiyyə müqaviləsinin bağlanması zamanı Süheyl Məkkəlilərin rəsmi nümayəndəsi idi və Məhəmməd peyğəmbərlə müqavilə imzalamışdır. Müsəlmanların Məkkəni fəth etməsindən sonra Süheyl digər Qureyşlə birlikdə Məhəmməd tərəfindən bağışlandı. Bundan sonra o, İslamı qəbul etdi və dindar müsəlman oldu. Ömrünün sonuna kimi müsəlmanlarla düşmənçilik etdiyinə peşman olmuşdur.

Saleh xəlifələrin dövründə müharibəyə getmiş və Suriyanın fəthində iştirak etmişdir. O, Qüds yaxınlığında taun epidemiyası zamanı ölür.

İstinadlar

Kateqoriya:Səhabələr