Afət Telmanqızı— LAF TV-nin həmtəsisçisi (2020-ci ildən), 2024-cü ildə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti.

Həyatı Məhərrəmova Afət Telman qızı 7 noyabr, 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakıda İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbi bitirib.1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib.Ali məktəbdə oxuduğu illərdə- 1993–1997-ci illərdə "Səhər" qəzetində", "Müxalifət", "Millət" qəzetlərində, AZTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri " Hürriyyət" qəzeti olub.2000-ci illərdə " Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. "Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub. İlk dəfə ANS- də müstəqilliyin bərpa tarixinə həsr olunmuş "Var dövlətimiz Azərbaycan" sənədli fìlminin müəllifi olub. Sonralar bir neçə fìlmlərin müəllifì olub. "Hazırcavab oğlan", " Qaraçılar", " Dünyanın qan damarı", " Zamanın yarası", " Zəfər zəngi" və ümumilikdə 50-dən çox sənədli filmin müəllifì olub. 1 ay ABŞ-da təcrübə keçib. Bir neçə xarici ölkədə səfərdə olub, reportajlar hazırlayıb. ANS TV fəaliyyətini dayandırdıqdan sonra Space TV-də Xəbərlər Departamentinin baş redaktoru olub. Real TV-də şef redaktor və Real İntervyu verlişinin aparıcısı olub. 2020-ci il, fevralın 9-u MM- ə keçirilən seçkilərdə iştirak edib. Elə həmin il Real TV-dən ayrılıb. 2020-ci il mayın 28-i tarixində həmkarı Ləman Ələşrəfqızı ilə birgə LAF TV-ni təsis edib.2024-cü ildə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub

Mükafatları 2019-cu il 6 noyabr tarixində Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb. 2025-ci il dekabrın 24-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilmiş "Azərbaycan milli mətbuatının 150 illiyi" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

İstinadlar