Daniel Maldini () — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Spetsiya" klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. Müqavilə ilə "Milan" klubuna məxsusdur.

Keçmiş futbolçu Paolo Maldininin oğlu, keçmiş futbolçu və məşqçi Çezare Maldininin nəvəsidir. Qardaşı Kristian Maldinidə futbolçudur.

Karyerası

Gənclik Karyerası Maldini 2010-cu ildə "Milan"ın Gənclər Akademiyasına qoşulur.

Növbəti illərdə o, "Milan"ın 10 yaşadək uşaq komandasından başlayaraq "Milan"ın U19 komandasına qədər müxtəlif yaş qrupları komandalarında oynayır.

2016–17 mövsümündə onun komandası, finalda "Latsio" klubunu 5–2 hesabı ilə məğlub edərək 16 yaşadək futbolçuların milli çempionatının (Campionato Nazionale Under-16) qalibi olur.

Peşəkar karyerası Daniel 2 fevral 2020-ci il tarixində baş tutmuş "Milan" — "Hellas Verona" oyununda ispaniyalı Samu Kastiyexonu əvəzləyərək "Milan"ın heyətində debüt edir. Futbolçunun avrokuboklarda debütu isə, 15 sentyabr 2021-ci il trixində "Liverpul" klubuna qarşı oyunda baş verir.

Oyun statistikası

+ Oyun statistikasıKlubMövsümLiqaKubokQitə yarışlarıƏlavəCəmiDivisionOyunQolOyunQolOyunQolOyunQolOyunQolMilan FK2019–20A Seriyası2000——202020–21500040—902021–22712030—121Career total141207000231

İstinadlar

Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtalyan futbolçular Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Spetsiya FK futbolçuları Kateqoriya:Maldini ailəsi Kateqoriya:Atalanta FK futbolçuları Kateqoriya:Empoli FK futbolçuları Kateqoriya:Montsa FK futbolçuları Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Latsio FK futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri