İsmayıl Xalid oğlu İbrahimli () — Azərbaycanlı peşəkar futbolçu. "Zirə" futbol klubunun və futbol üzrə Azərbaycan Milli komandasının yarımüdafiəçisi. Müqavilə ilə "Qarabağ"a məxsusdur.
Klub karyerası
Şüvəlan İsmayıl İbrahimlinin ilk peşəkar klubu "Şüvəlan" klubu olub. Futbolçunun klubun əsas heyətinə dəvət edilməsi 15 oktyabr 2014-cü il tarixində baş verir. Futbolçunun peşəkar futbolda debütu 23 avqust 2015-ci il tarixində baş tutur. Bu tarixdə baş tutan Azərbaycan Premyer Liqasının 3-cü turunun "Şüvəlan" — "Qarabağ" oyununda 76-cı dəqiqədə meydana daxil olmaqla debüt oyununu keçirir. Bu "Şüvəlan"ın heyətində futbolçunun ilk və son oyunu olur.
MOİK Futbolçu 2017-ci ilin yayında Futbol üzrə Azərbaycan çempionatının birinci dvizionunda yarışan "MOİK" klubuna keçir və burada bir mövsümdə 24 oyuna çıxaraq 5 qol vurur.
Qarabağ İsmayıl İbrahimli 2018-ci ilin iyun ayında "Qarabağ" klubu ilə müqavilə imzalayır. Azərbaycan çempionun heyətində futbolçunun debütu, 18 avqust 2018-ci ildə "Səbail" klubuna qarşı oyunda baş verir. İsmayıl İbrahimli oyunun 88-ci dəqiqəsində Mahir Emrelini əvəzləyərək meydana daxil olur.
Futbolçunun avrokuboklarda debütu, 2019-cu ildə UEFA Avroliqa turnirində, "Qarabağ"ın "Sevilya" klubuna qarşı baş tutmuş oyununda baş verir.
Zirə (icarə) 22 iyun 2023-cü ildə Zirə İsmayıl İbrahimlini 1 illik icarəyə götürdüyünü açıqladı.
Milli komanda karyerası Futbolçunun milli komanaya ilk dəvəti, 2015-ci ildə 19 yaşa qədər futbolçulardan ibarət Azərbaycan Milli komandasına dəvəti olub. 5 avqust 2015-ci ildə Azərbaycan U-19 komandasının Malta ilə baş tutmuş yoldaşlıq oyununda Azərbaycan milli komandasının qollarından birini vurur.
2018-ci ilin yanvarın 9-dan 27-dək, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirilir və buraya dəvət edilən futbolçuların arasında İsmayıl İbrahimildə olur.
Futbolçunun Azərbaycan U-21 komandasında debütu isə, 6 sentyabr 2018-ci ildə Azərbaycan millisinin İsaril milli komandasına qarşı oyunda baş verir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanlı futbolçular Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan idmançıları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri