İyirmidördlər () — Azərbaycanda tayfa ittifaqı. İyirmidördlər tayfa ittifaqına həm türk (azərbaycanlı), həm də kürd tayfaları daxil idi. Mərkəzi Bərdə olan, Tərtər çayı sahili ərazi XVI əsrdən etibarən bu köçəri tayfalara verilmişdir. Tayfa ittifaqına daxil olan kürd tayfaları getdikcə azərbaycanlılara assimilyasiya olunmuşdur.И. П. Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI—начале XIX вв. — Ленинград: Издательство Ленинградского Государственного Ордена Ленина Университета имени А. А. Жданова, 1949. С. 71. Qarabağ elatlarından olmuş, 1736-cı ildə Muğan qurultayında Nadir xanın şah elan edilməsinə qarşı çıxmışdır.

İstinadlar

Kateqoriya:Azərbaycan kürd tayfaları Kateqoriya:Azərbaycanlılar Kateqoriya:Azərbaycan tayfa ittifaqları