Franko Barezi (; ) — İtaliyalı futbolçu və futbol məşqçisi. Futbolçu kimi bütün karyerasını İtaliyanın "Milan" klubunda keçirib. O, karyerasının çox hissəsini "Milan"ın rəqibi "İnter" klubunda oynamış başqa bir futbolçunun, Cüzeppe Barezinin kiçik qardaşıdır.

Franko Barezi Dünya Kuboku mükafatlarının tam dəstini qazanan yeddi oyunçudan biridir (1982-ci ildə qızıl, 1990-cı ildə bürünc və 1994-cü ildə gümüş).Digər altı futbolçu: Frans Bekkenbauer, Zepp Mayer, Volfqanq Overat, Yürgen Qrabovski, Horst-Diter Höttges (hamısı— 1966, 1970, 1974) və Miroslav Kloze (2002, 2006, 2010, 2014).

Karyera

Klub Uşaq ikən Barezi "İnter" azarkeşi olub, lakin qardaşından fərqli olaraq "İnter" komandasına qəbul olunmur. Yəqin ki, Frankonun karyerası belə başlamadan da bununla bitə bilərdi, lakin gənc futbolçunun oyunu "Milan"ın strukturunda çalışan İtalo Qalbiatinin diqqətini çəkir. Məhz onun sayəsində Barezi rossonerilərin düşərgəsinə dəvət edilir.

1977-ci ildə "Milan"da debüt edir, mövsümün sonuna qədər cəmi üç matç keçirdir. Artıq növbəti mövsümdə Barezi, son 11 ildə ilk dəfə A Seriyasının çempionluğunu qazanmağı bacaran klubun əsas komandasının oyunçusuna çevrilir.

1980-ci illərin əvvəllərində "Milan" iki dəfə B Seriyasına düşur, lakin Franko, digər komandalardan təkliflər almasına baxmayaraq "Milan" klubuna sadiq qalır.

1982-ci ildə gənc müdafiəçi "Milan"ın kapitanı oldu. Tezliklə Barezi, eləcə də müdafiə tərəfdaşları Paolo Maldini, Alessandro Kostakurta və Mauro Tassotti ilə birlikdə futbol tarixinin ən yaxşı müdafiəçi dördluyundən birinə çevrilməyi bacarılar. Bu dövrdə "Milan" öz tarixinin ən yaxşı dövrlərindən birini yaşayır, müntəzəm olaraq üç dəfə UEFA Çempionlar Liqası da daxil olmaqla çoxlu kuboklar qazanır. Ümumilikdə Barezi "Milan"da 21 mövsüm oynayıb və klubun əfsanələrindən birinə çevrilib.

O, həm də bütün futbolçu karyerasını bir klubda oyanayaraq 719 oyun keçirən və 31 qol vuran nadir futbolçulardan biridir. Barezinin oyun nömrəsi (o, karyerası boyu 6 nömrə altında oynayıb) klub dövriyyəsindən çıxarılıb və daimi olaraq ona verilib.

O, 1997-ci ildə 37 yaşında futbolçu karyerasını bitirir.

Beynəlxalq İtaliya millisində Franko 1980-ci ildə debüt edir və millidə 81 oyun keçirdərək (bundan 31-i komandanın kapitanı kimi) və bir qol vurur.

Avro 1980 və 1982 Dünya Çempionatında o, meydana çıxmasa da, digər turnirlərdə komanda liderlərindən biri olub.

Uğurları

Klub "Milan"

İtaliya çempionu (6): 1978/79, 1987/88, 1991/92, 1992/93, 1993/94, 1995/96 İtaliya Superkubokunun qalibi (4): 1988, 1992, 1993, 1994 Çempionlar Kuboku/UEFA Çempionlar Liqası (3): 1988/89, 1989/90, 1993/94 Avropa Superkubokunun qalibi (3): 1989, 1990, 1994 Qitələrarası kubokun qalibi (2): 1989, 1990

İtaliya millisi

Dünya Çempionu: 1982 Vitse Dünya Çempionu: 1994 Dünya çempionatının bürünc mükafatçısı: 1990 Avropa çempionatının bürünc mükafatçısı: 1988

Fərdi Dünya Çempionatının simvolik komandasına daxil edilib: 1990 FIFA 100 siyahısına daxildir "Qızıl top"a namizəd: 1989 Qaytano Şirea Mükafatının qalibi: 1994 Guerin Sportivo tərəfindən İtaliyada ilin futbolçusu World Soccer jurnalının siyahısına daxil edilir Qızıl Ayaq Mükafatının qalibi İtaliya Futbol Şöhrət Zalına daxildir: 2013 Milan klubunun Şöhrət Zalına daxildir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:FİFA 100 Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Lombardiyada doğulmuş futbolçular Kateqoriya:1990 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 1980 futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:1984 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:UEFA Avro 1988 futbolçuları Kateqoriya:1982 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1994 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Futbol mərkəz müdafiəçiləri Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya şəxsləri