Homero Tognon () ) — İtalyalı keçmiş futbolçu. Futbolçu karyerasın bitirdikdən sonra futbol məşqçisi olub. Oyunçu kimi əsasən "Milan" klubunda, eləcə də İtaliya millisində oynaması ilə tanınır. İkiqat İtaliya çempionudur .

Klub karyerası Peşəkar futbolda debütünü 1945-ci ildə "Milan" klubunda edib. Ümumilikdə futbolçu karyerasının 11 mövsümünü "rossonerilər"in heyətində oynayıb. Uzun müddət komandanın əsas oyunçusu olub. Bu müddət ərzində o, iki dəfə İtaliya çempionu adını qazanıb.

O, peşəkar futbolçu karyerasını 1956–1958-ci illərdə oynadığı "Pordenone" klubunda başa vurub.

Milli komanda karyerası 1949-cu ildə İtaliya millisinin tərkibində rəsmi oyunlarda debüt edir. O, yığmada cəmi 14 oyun keçirib. Milli komandanın heyətində 1950 və 1954-cü illərdə dünya çempionatında iştirak edib.

Məşqçilik karyerası O, futbolçu karyerasını bitirdiyi zaman, qısa fasilədən sonra yenidən futbola qayıdır və məşqçiliyə başlayır. 1965-ci ildə "Verona" klubunun məşqçilər korpusuna rəhbərlik edib. Daha sonra o, "Arezzo", "Ravenna", "Piza" və "Krotone" klublarının komandalarına rəhbərlik edib.

Məşqçi kimi son iş yeri, 1974-cü ilə qədər baş məşqçi kimi çalışdığı C Seriyasının klubu "Klodiasottomarina" olur.

Uğurları İtaliya çempionu: 1950–51, 1954–55

İstinadlar

Tonyon Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:1950 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1954 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Hellas Verona FK məşqçiləri Kateqoriya:Pordenone FK futbolçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri