Useyd ibn Hudeyr (; ) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi.
Bioqrafiyası Onun doğum tarixi məlum deyil. O, Mədinənin Evs qəbiləsinin Bənu Əbdüleşhel qolundandır. Peyğəmbərin Mədinəyə Quranı öyrətmək üçün göndərdiyi Musab ibn Umeyr vasitəsilə müsəlman olur. O, öz qəbiləsini təmsil edərək İkinci Əqabə beyətində iştirak edir.
Uhud və Xəndək döyüşlərində iştirak etmişdir. Savadlı olduğu üçün vəhy xadimi işləyirdi. Onun Quranı gözəl səslə oxuduğu, mələklərin onu dinləməyə gəldiyi haqda hədislər vardır. Useyd hicrətin 20-ci ilinin Şaban ayında vəfat edir. Onun tabutunu Ömər ibn Xəttab daşımışdır. O, Bəqi qəbiristanlığında dəfn edilmişdir.
İstinadlar
Kateqoriya:Səhabələr Kateqoriya:Ənsarilər Kateqoriya:Əzd qəbilələri