Earéndil ya da dənizçi Earendil (kv. Eärendil; | ) — C. R. R. Tolkinin legendariumunda personaj, bəşər övladının ən böyük dənizçisi. "Silmarillion" əsərində daha geniş təsvir edilir. "Üzüklərin hökmdarında" da adı çəkilir.
Earendil professor Tolkinin legendariumunda ilk peyda olan personajlardan biri olub. İlk dəfə 1916-cı ildə Tolkin tərəfindən "İtirilmiş Hekayələr Kitabının" "Qondolinin süqutu" bölməsində təsvir edilmişdir.
Bioqrafiyası Earendil Birinci Dövrün 503-cü ilində Qondolində Hador nəslindən olan insan Tuorun və Turqonun qızı şahzadə elf İdril Kelebrindalin ailəsində anadan olub. Uşaqlıqda Earendil Qondolinin lordları Salqant və Ektelionla çox yaxşı münasibətdə olub. Earendil hələ on yaşında olanda Qondolinin kralı Turqonun bacısı Aredel Ar-Feiniel və Qara Elf Eolun oğlu Maeqlini Morqot əsir etdi. Morqot Qondolinin hakimliyini üstəlik həmişə sevdiyi İdrili ona vəd edərək əvəzinə Qondolinin yerini öyrəndi. Beləliklə Maeqlinin xəyanətinə görə Morqot Qondolinin yerini aşkarlayaraq şəhərə hücüm edir. Hücum zamanı Maeqlin uşağ Earendili öldürməyə və anasını yaxalamağa cəhd edir, lakin onun özü Tuor tərəfindən öldürülür. Earendil və valideynləri gizli keçid vasitəsilə məğlub olan Qondolindən qaçırlar. Onlar qaçaraq Sirion Limanlarında sığınacaq tapırlar, Earendil gələcək həyat yoldaşı Elvinqlə burada tanış olur.
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Silmarillion Kateqoriya:"Silmarillion" kitabının personajları Kateqoriya:Orta Dünya personajları Kateqoriya:Uydurma elflər