Abhay Çaranaravinda Bhaktivedanta Svami Prabhupada ( IAST : də Srila Prabhupada kimi tanınan 1 sentyabr 1896, Kəlküttə — 14 noyabr 1977, Brindaban, Uttar-Pradeş) hindi krişnaçı dini xadim və vaiz, müqəddəs qədim hindu yazılarının tərcüməçisi və şərhçisi; Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin (ISKKON) qurucusu.
Bhaktivedanta Svami Prabhupada, doğulan zaman adı Abhay Charan De, Kəlküttədə, benqal vayşnavların (krişnaçıların) dindar ailəsində doğulmuş və böyümüşdür. 1920-ci ildə Şotland kilsə kollecini bitirdikdən sonra o, ailə həyatı qurmuş və ailəsini saxlamaq üçün əczaçılıq biznesi ilə məşğul olurdu.
1922-ci ildə Abhay ilk dəfə qaudiya- vayşnavizmin məşhur vaizi və reformatoru Bhaktisiddhanta Sarasvati (1874–1937) ilə görüşdmüş və ilk görüşdə ondan Krişnanın təlimlərinin ingilis dilində moizə etməyi xahiş olundu. 1932-ci ildə Abhay Bhaktisiddhantadan ruhani həsrolunma və "Abhay Çaranaravinda Das" adını qəbul etdi . 1954-cü ildə Abhay ailə işlərindən uzaqlaşdı və 1959-cu ildə o, sannyasanı (tərki-dünya həyat tərzi) qəbul etdi və "A. C. Bhaktivedanta Svami" rahib adını aldı. 1954–1965-ci illər arasında Bhaktivedanta Svami vaxtının çox hissəsini hinduların müqəddəs Vrindavan şəhərində vayşnava müqəddəs mətnlərini tərcümə etməklə və onlara şərh verməklə keçirdi.
69 yaşında, Bhaktivedanta Svami qarşı mədəniyyətin gənclərinin şərq mistsizminə olaq maraqlarından ruhlanaraq "Qərbin münbit torpaq üzərində Hindistanın müqəddəs müdrikliyini əkmək məqsədi ilə" təkbaşına bir yük gəmisində Amerika Birləşmiş Ştatlarına yola düşdü. Nyu-Yorka qəpik-quruşsuz gələn o, tezliklə ətrafına kiçik, lakin sadiq ardıcıllar qrupunu toplaya bildi. 1966-cı ilin iyulunda Bhaktivedanta Nyu Yorkda Qaudiya Vaişnava dini təşkilatını Beynəlxalq Krişna Şüuru Cəmiyyətini (ISKKON) qeydiyyatdan keçirtdi . Bhaktivedantanın əsasını qoyduğu hərəkatın ciddi əxlaqi prinsipləri Nyu York əks-mədəniyyətinin bohem həyat tərzi ilə kəskin ziddiyyət təşkil etsə də, onun təbliğ etdiyi doktrina bir çox gənci cəlb etdi, onların həyatına yeni mənalar verdi.
ISKKON tez bir zamanda Amerikanın digər böyük şəhərlərinə, sonra isə Avropaya və digər qitələrə yayıldı. Tarix ilk dəfə olaraq, Bhaktivedanta hinduizm ənənələrindən birini qərb torpaqlarına gətirdi və onu hörmətlə "Prabhupada" (müəllimlərin onun ayaqları qarşısında oturduğu insan" və ya "onun ayaqlarında çıxan işıq") kimi yad edən "minlərlə amerikalı və avropalıları hinduizmə gətirdi. Şrila Prabhupadanın Amerikaya gəlişindən 1977-ci ildə ölümünə qədər keçən 12 il ərzində o, Krişna şüurunu təbliğ edərək, on dəfədən çox dünyanı gəzdi, 5000-dən çox ardıcılı şagirdliyə qəbul etdi, 100-dən çox Krişna məbədini qurdu və vayşnavanın müqəddəs mətnlərin şərhlərindən ibarət altmış cildə yaxın kitablar nəşr etdi. 1970-ci illərin ortalarında onun rəqs edən və "Hare Krişna" mantrasını tərənnüm edən "Hare Krişna" ardıcılları olan krişnaçılar qərb şəhərlərinin küçələrində adi bir hal idi. Krişnaçıların aktiv missioner fəaliyyəti sayəsində 2000-ci illərin əvvəllərində Prabhupadanın kitabları 60-dan çox dilə tərcümə edilmiş və 500 milyon nüsxədən çox satılmışdır . Qaudiya Vaişnavizminin davamçıları hesab edirlər ki, bununla Prabhupada bu ənənənin banisi Çaitanyanın (1486–1534) onun adının dünyanın hər bir şəhər və kəndində tanınacağını söyləyən öncəgörənliyini yerinə yetirmiş oldu .
Kəlküttə, Dehli, Mumbay, qaudiya-vayşnavismin müqəddəs şəhərləri olan Mayapure və Vrindavandada küçələr, eləcə də məktəblər, xəstəxanalar, xeyriyyə fondları Prabhupadanın şərəfinə adlandırılımışdır. 1996-cı ildə Hindistan hökuməti Prabhupadanın anadan olmasının 100 illiyi şərəfinə onun təsviri olan poçt markası, 2021-ci ildə isə anadan olmasının 125 illiyi ilə əlaqədar isə nominal dəyəri 125 rupi olan xatirə sikkəsi buraxmışdır.
Dinşünas alim S. İ. İvanenkonun qeyd etdiyi kimi, Hindistanın baş naziri Atal Bihari Vajpayi, Hindistan prezidentləri Şankar Dayal Şarma və Pranab Mukherci kimi görkəmli dövlət xadimləri də daxil olmaqla, bir çox hindular Prabhupadanı hinduizmi və hind mədəniyyətini yaymış ölkələrinin "ruhani səfiri" hesab edirlər. Hindistanın 12-ci Baş Naziri Deve Qovdanın sözlərinə görə, hind xalqı "Prabhupadanın nailiyyətləri ilə fəxr edir, xüsusən də ona görə ki, o, hindu müqəddəs mətnlərini dünyanın müxtəlif dillərində təqdim etmiş və bununla da milyonlarla insanlara "özlərinin ruhi potensialını açmağa" kömək etmişdir potensial "
Alimlər Prabhupadanı xarizmatik ruhani lider kimi təsvir edir və britaniyalı dinşünas alimi Kim Nottun qeyd etdiyi kimi, onun "insaniliyini" və "unikallığını" vurğulayır, o cümlədən bu fakt da nəzərə alınır ki, özünün missioner uğurlarını o qısa müddət ərzində və ahıl yaşında əldə olunmuşdur .
Prabhupada, əsasən onun vaişnavizmə (xüsusilə Advaita Vedanta (Mayavada)) aid olmayan hind fəlsəfi sistemləri ilə bağlı barışmaz mövqeyinə görə neo-vedantik filosoflar tərəfindən tənqidə məruz qalmışdır. Prabhupada həmçinin "kasta hinduları" tərəfindən tənqid edilir və onlar qərblilərin ISKKON-da tətbiq olunduğu kimi brahmanlığa qəbul edilməsini qəbuledilməz hesab edirlər.
Bioqrafiya
Sevgi və bhakti ənənələrində hərtərəfli tərbiyə: İlk İllər (1896–1916) Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin gələcək yaradıcısı 1896-cı il sentyabrın 1-də (Krişna-janmaştaminin ertəsi, Krişnanın "zühur günü" olan gün) Kəlküttə şəhərində parça və geyim taciri Qour Mohan De və arvadı Racanin О своём отце Прабхупада впоследствии вспоминал следующее: "Он был чистым преданным Кришны, который растил меня сознающим Кришну ребёнком с самого начала моей жизни. Он был добр ко мне, и я впитал от него идеи, которые впоследствии были закреплены во мне моим духовным учителем, моим вечным отцом". ailəsində anadan olmuşdur . O dövrdə Hindistan Britaniya İmperiyasının tacında "mirvari" idi və onun paytaxtı Kəlküttə də möhtəşəmliyinə görə yalnız Londondan geri qalan avrasiya meqapolisi idi . Doğulanda valideynləri Abhaya "Abhay Çaran" adını verdilər, bu da " Krishnanın ayaqları qarşısında qorxmazlığı əldə edən" kimi tərcümə etmək olar . Abhayın atası qədim hind ənənəsinə sadiq qalaraq evə bir astroloq dəvət etdi və astroloq körpənin ulduz falı tərtib etdi . Bir sıra mənbələrə görə , münəccim Abhayın yetmiş yaşında okeanı keçəcəyini, məşhur dini təbliğatçı olacağını və dünyanın müxtəlif ölkələrində 108 məbəd açacağını proqnozlaşdırmışdır.
Abhayın valideynləri və bütün yaxın qohumları qaudiya- vayşnava idilər . De ailəsi qədim hind vedik müdriki Qautama aid qotraya məxsus idi. Qour Mohan orta təbəqəli tacir ifi və özünün parça və geyim mağazası var idi. O, əsrlər boyu qızıl və duz alveri ilə məşğul olan varlı və aristokrat Mallik tacir ailəsi ilə qohum idi.
Çox dindar şəxs olan Gour Mohan müntəzəm olaraq "Bhagavata Purana" və "Caitanya-caritamrta" kitablarında olan krişnalığa aid müqəddəs mətnlərin öyrənilməsi ilə mütəmadi məşğul olur, " Hare Krishna" mantralarını hər gün təkrar edir və ciddi şəkildə veqeterian dietasına əməl edirdi. Onun həyat yoldaşı Racani də hörmətli benqal vaişnava ailəsindən idi və dindarlığı ilə fərqlənirdi Körpənin öləcəyindən qorxaraq, Abhay böyüyənə və bu barədə ondan soruşana qədər sol əli ilə yeməyə (Hindistanda yalnız sağ əli ilə yemək adətdir) and içdi . Hindu inanclarına görə, ana belə bir anda əməl etdikcə uşaq üçün heç bir təhlükə yox idi.
De ailəsi Mallik ailəsinə məxsus hindu ticarət bölgəsindəki Harrison Road 151 ünvanında yaşayırdı . Onların evi ilə üzbəüz Radha-Krishna məbədi (Şri Krişna və onun sevgilisi Radha) idi ki, bu məbəd bir əsr yarım ərzində Mallik ailəsinin vəsaiti hesabına dəstəklənirdi. Balaca Abhay hər gün valideynlərinin və ya xidmətçilərinin müşayiəti ilə məbəd mərasimlərinə baş çəkirdi . Qour Mohan da evində səcdəgahı var idi və hər gün işdən evə gələndə puja edirdi. O, tez-tez sərgərdan sadhuları evinə dəvət edir və onlardan oğluna xeyir-dua vermələrini xahiş edirdi ki, oğlu, "Radhanın xidmətçisi" olsun. .
Abhaya qaudiya-vaişnava ənənəsi ruhunda böyümüşşdü . O, valideynlərinin hindu inancını dərindən mənimsəmiş və uşaq ikən həmyaşıdları arasında "qeyri-rəsmi dini lider" olmuşdur . Altı yaşında Abhay hər il Orissanın Puri şəhərində keçirilən ən böyük vaişnava festivalı olan Ratha-yatranın "araba festivalı"na oxşar olan tədbir təşkil etdi . Bu məqsədlə, Abhay bayram vaxtı Caqanatha, Baladeva və Subhadra ilahilərinin heykəllərini daşıyan üç döyüş arabalarının kiçik oxşarlarını düzəltməyi atasından xahiş etmişdir.
Racani istəyirdi ki, Abhay böyüyəndə hüququ öyrənmək üçün Londona getsin, lakin Gour Mohan bu fikri rədd etdi — o, İngiltərədə oğlunun Qərb cəmiyyətinin təsiri altına düşəcəyindən və pis vərdişlər qazanacağından qorxurdu . Buna baxmayaraq, o, Abhaya nəinki dini tərbiyə vermiş, həm də onun yaxşı Avropa təhsili almasını təmin etmişdir . Abhay beş yaşında olanda Gour Mohan oğlu üçün müəllimlər tutmuşdu ki, onlar da öz növbəsində üç il ərzində oğluna sanskrit və benqal dillərini öyrətmişdilər. Səkkiz yaşında ikən Abhayı özəl vaişnava məktəbinə verilmiş və burada o, "təkcə elm, riyaziyyat, tarix və coğrafiyanı deyil, həm də özünün "krişna dinini" öyrənirdi .
Hindu ənənəsinə uyğun olaraq, gənc Abhay "ailə qurusu"ndan (kulaguru) ruhani həsrolunma qəbul etdi .
Universitet təhsili, millətçi etiraz və sevgisiz evlilik: nümunəvi müstəmləkə hindusunun gəncliyi (1916–1920) Onun valideynləri Abhaya müasir Avropa təhsil vermək istəyirdilər və 1916-cı ildə onu Kəlküttə universitetinin tabeliyində olan Şotland kilsə kollecinə göndərdilər. Kollec yüksək ixtisaslı müəllim heyəti ilə məşhur idi və benqal ziyalılarının əsas mərkəzi idi Onun məzunları arasında bir vaxtlar Vivekananda və Paramahansa Yoqananda kimi məşhur hind guruları da var idi . Abhaydan bir sinif yuxarıda Hindistanın müstəqilliyi uğrunda mübariz və Hindistan Milli Konqresinin gələcək lideri Subhas Çandra Bose oxuyurdu .
Kollecdə Abhay ingilis, sanskrit, fəlsəfə və iqtisadiyyatı öyrənirdi . Proqrama həmçinin Britaniya tarixi və klassik ədəbiyyatının öyrənilməsi daxil idi. Məcburi tədqiqat mövzuları İncil və xristian teologiyası idi . Lakin vaişnava mədəniyyətində tərbiyə alan Abhayı xristianlıq maraqlanmırdı . Sonralar Abhay qərb mədəniyyətini, tarixini, ədəbiyyatını və elmini "böyük qədim hind sivilizasiyasının acınacaqlı bənzəri" kimi tamamilə rədd etdi .
Kollecdə təhsil almağa başlaması ilə Abhayın ruhani həyatı tənəzzülə uğramağa başladı və o, ruhani təcrübələrlə məşğul olmağı dayandırdı. Bir dəfə Abhay yuxuda uşaq ikən ibadət etdiyi Krişnanın təsvirini gördü. Abhayın qarşısına çıxan Krişna onun sandıqda saxlanılmasına və orada unudulmasına etiraz etdi. Bundan sonra Abhay yenidən gündəlik dua etməyə və Krişnaya ibadət ayinlərini yerinə yetirməyə başladı.
1918-ci ildə Abhay üçüncü kursda oxuyanda Qour Mohan onu zəngin və aristokrat vayşnava ailəsindən olan Radharani Datta adlı on bir yaşlı qızla evləndirdi. Hind adətlərinə riayət edərək, Abhay təhsilini bitirib işə başlayana qədər Radharani öz valideynlərinin evində yaşamaqda davam edirdi. Bu evlilikdən Abhayın beş övladı doğuldu: üç oğlu (Prayaq Rac, Mathura Mohan və Vrindavan Çandra) və iki qızı (Sulakşmana və Bhaktilata).
Təhsil aldığı müddətdə Abhay Hindistan milli-azadlıq hərəkatına qoşuldu və özünü açıq şəkildə Mahatma Qandinin davamçısı elan etdi. Mahatma Qandinin hind millətçiliyi hinduizmdən və xüsusən də "Bhaqavad Gita" ideyalarından ilhamlanırdı. Qandidən nümunə götürərək, Britaniya müstəmləkə rejiminə etiraz olaraq, Abhay ənənəvi əl ilə toxunmuş hind paltarını geyinirdi. 1920-ci ildə Abhay kollecdə ingilis dili, fəlsəfə və iqtisadiyyat üzrə təhsilini başa vurdu. O, buraxılış imtahanlarını uğurla verdi, lakin kollecin ingilis müstəmləkəçilərinə məxsus olmasına etiraz edərək, buraxılış mərasimində iştirak etməkdən və diplom almaqdan imtina etdi . Məktəbi bitirdikdən sonra Abhay Qandi hərəkatına maraq göstərdi.
Böyük bir guru ilə ilk görüş və həyat missiyasının müəyyən olunması (1922)