Korelliya () — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet qalaktikanın mərkəzində yerləşir, mülayim iqlimi var, meşələr, cəngəlliklər və şəhər mərkəzləri ilə örtülüdür. Korelliyanın paytaxtı Koronet-Sitidir. Planetin insan sakinləri korelliyalılar adlanır və onlar kosmik səyahətə maraqları ilə tanınırlar. Onlardan ən görkəmlisi Han Solodur. İnsanlarla yanaşı, planetdə barbadelanlar, besalisklər, tszerialanlar, qrindalidlər, kel-dorlar, pa'loviklər, rodianlar, sallastanlar, tvi'leklər və uqorlar kimi bir neçə yadplanetli növ də məskunlaşmışdır. Bundan əlavə, Korelliya həm də bir neçə yerli canlının, o cümlədən Korelliya itləri və ilanbalıqlarının evidir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ulduz müharibələrinin planetləri