150px|thumb|right|Konfransın keçirildiyi "Hilton Tel Aviv".

Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans — 20–24 iyun 1982-ci ildə İsrailin Təl-Əviv şəhərində keçirilən, soyqırım tədqiqatları sahəsində ilk böyük konfrans. Bu, İzrail Çarni, Eli Vizel, Şamayi Devidson və onların 1979-cu ildə qurduğu Holokost və Soyqırım İnstitutu tərəfindən təşkil edilmişdir. Konfransın məqsədi bütün soyqırımların anlaşılmasını və qarşısının alınmasını təşviq etmək idi. Bu, qlobal akademiyada soyqırıma irrasional bir fenomen yox, öyrənilə və başa düşülə bilən bir fenomen kimi yanaşılmasına töhfə vermişdir.

Türkiyə hökuməti konfransda özünün təkzib etdiyi erməni soyqırımı mövzusu ilə bağlı prezentasiyaların yer almasına görə onu ləğv etməyə çalışmışdır. Türkiyə ardınca hökumət təqibindən qaçan Suriya və İran yəhudiləri üçün sərhədlərini bağlamaqla hədə-qorxu gəlmiş, bu təhdidlərə görə İsrail Xarici İşlər Nazirliyi konfransı ləğv etməyə cəhd göstərmiş və iştirakçıların konfransa gəlməkdən imtina etmələri üçün çalışmışdır. İsrailin rəsmi Holokost memorialı olan Yad Vaşem və Vizel də daxil olmaqla bir çox yüksək səviyyəli iştirakçılar konfransda iştirak etməmək qərarına gəlmişdir. Təşkilatçılar erməni soyqırımı məsələsini proqramdan çıxarmaqdan imtina etmiş və konfransı keçirmişdilər. Həm Türkiyə, həm də İsrail hökumətləri akademik azadlığı pozduqlarına görə tənqid edilmişdir.

Hazırlanması 1979-cu ildə psixoloq İzrail Çarni, psixiatr Şamayi Devidson və Holokostdan sağ çıxmış ictimai intellektual Eli Vizel bütün xalqların məruz qaldığı soyqırımların öyrənilməsinə həsr edilmiş Holokost və Soyqırım İnstitutunu təsis etmişdir. İnstitut 1982-ci ilin iyun ayına planlaşdırılan, soyqırım tədqiqatları sahəsində ilk böyük konfransı təşkil etmişdir.

Keçirilməsi planlaşdırılan, sayca yüzdən çox olan mühazirədən altısı erməni soyqırımı mövzusuna həsr olunmuşdur. Əksər Qərb akademiklərinə görə, Birinci Dünya müharibəsi illərində bir milyona yaxın Osmanlı ermənisi sistemli şəkildə məhv edilmişdir. Türkiyə Respublikası yaranandan bəri bütün Türkiyə hökumətləri ermənilərə qarşı hər hansı cinayətin törədildiyini təkzib etmiş, 1920-ci illərdən bəri digər ölkələri də bu təkzibə cəlb etməyə çalışmışdır. Sosioloq Levon Çorbacıyan yazmışdır ki, "Türkiyədəki modus operandi hər şeydə ardıcıl olaraq qalır və maksimalist mövqelərə can atır, hərdən buna eyham vursa da, kompromis təklif etmir, erməni soyqırımı ilə bağlı hər hansı bir qeydin qarşısını almaq üçün təhdid və hədələrdən istifadə edir". 1982-ci ildə Türkiyə İsrailin diplomatik əlaqələr saxladığı azsaylı müsəlman ölkələrindən biri idi. İsrail Türkiyə ilə münasibətlərinə xələl dəyməsindən narahat olduğu üçün erməni soyqırımını heç vaxt tanımamışdır. Konfrans İsrailin ictimai arenasında erməni soyqırımının ilk dəfə olaraqmüzakirə edilməsinə səbəb olmuşdur.

Konfrans İsrailin rəsmi Holokost memorialı olan Yad Vaşem tərəfindən maliyyələşdirilmişdi və Yad Vaşemdə məşəl alovlandırması mərasimi ilə birlikdə başlaması, Vizelin çıxış edərək konfransın əsas nitqini söyləməsi planlaşdırılırdı. Digər çıxışçılar arasında Yad Vaşemin direktoru İtshak Arad və Adolf Eyxmanın məhkəməsinin prokuroru Gideon Hauzner olacaqdı. Dəvət olunan tədqiqatçıların yarısı İsraildən, qalanları isə başqa ölkələrdən gəlirdi. Konfransın açılışına bir neçə həftə qalmış İsrail Livana hücum etmiş, konfransın təşkilatçıları müharibə əleyhinə bəyanat yaymışdır. Konfrans "Hilton Tel Aviv" otelində keçirilmişdir.Conference program p. 14

Tarixçi Entoni Dirk Mozes konfransı "öz biznes modeli naminə meydana gələn sahənin əhəmiyyəti ilə bağlı şişirdilmiş iddialar tələb edən təhlükəli bir şey" kimi səciyyələndirmişdir. O, əlavə etmişdir ki, konfrans "ümumən bəşəriyyət üçün və xüsusilə artıq soyqırım cəhdindən əziyyət çəkənlər üçün zəruridir". Təşkilatçılar konfransı maliyyə cəhətdən səmərəli etmək məqsədilə kifayət qədər ödənişli qeydiyyatı cəlb etmək üçün tanınmış alimlər İrvinq Lyuis Horovits və Robert Cey Liftonun iştirakını təmin etməyə çalışmışdır, lakin sonda hər ikisi bundan imtina etmişdir, çünki Çarni onların səyahət və qalacaq yer ödənişlərinə zəmanət verə bilməmişdir.

Ləğvinə cəhd İsrail tarixçisi Yair Orona görə, Türkiyə hökuməti böyük ehtimalla konfrans haqqında "The Jerusalem Post" qəzetində 20 aprel 1982-ci il tarixli məqalədən məlumat almışdır. Bir qrup Türkiyə yəhudisi İsrailə səfər etmiş, konfransın baş tutacağı təqdirdə Türkiyədəki yəhudilərin həyatının təhlükə altına düşəcəyini demişdir. Türkiyə Xarici İşlər Nazirliyi konfransın ləğv edilməsi üçün Türkiyə Yəhudi İcması Şurasının sədri Yak Veyssidi İsrailə göndərmişdir. İzrail Çarni sonrakı illərdə qeyd etmişdir ki, Təl-Əviv şəhərində Veyssidin ona yaxınlaşaraq konfrans baş tutacağı təqdirdə Türkiyənin öz sərhədini Suriya və İranda təqiblərə məruz qalan yəhudilərə bağlayacağını bildirmişdir.

Türkiyənin təzyiqlərinə qəbul edən İsrail Xarici İşlər Nazirliyi konfransı ləğv edilməsinə nail olmağa çalışmışdır. Nazirlik rəsmiləri bunu sonradan etiraf etmişdir və bunun "yəhudilərin mənafeyinə görə" etdiklərini bildirmişlər. Çarninin sözlərinə görə, konfransa bir neçə ay qalmış o və digər təşkilatçılar İsrail Xarici İşlər Nazirliyindən konfransın ləğvi ilə bağlı müraciətlər almağa başlamışdır. Konfransın təşkilatçıları erməni soyqırımı ilə bağlı hesabatların rəsmi proqramdan çıxarılmasını, lakin konfransın özündə saxlanmasını təklif etsələr də, bu kompromis İsrail rəsmiləri tərəfindən rədd edilmişdir. Vizel və Çarni erməni dilində danışan iştirakçıların dəvətnamələrinin ləğv edilməsinə qarşı idilər. İsrail rəsmiləri konfransın Holokostla bağlı olmayan bütün hissələrini ləğv etməyi təklif etmiş, lakin təşkilatçılar da bu təklifi rədd etmişdir.

İsrailin İstanbul şəhərindəki konsulu Avner Arazi öz memuarında yazmışdır ki, "İsrail hökumətinin konfransı ləğv etmək cəhdlərinin əsas səbəbi İran və Suriyadan olan yəhudi qaçqınların Türkiyəyə keçməsi ilə bağlı aldığı xəbərlərdir. Veyssid başa düşürdü ki, onun konfransa qarşı hazırladığı bütün arqumentlər qaçqınlar məsələsi ilə müqayisədə heç bir şey deyil". Arazi əlavə etmişdir ki, "o vaxtlar hərbi diktaturanın nəzarəti altında olan Türkiyə hökuməti liberal demokratiya olan İsrailin söz azadlığına hörmət etdiyini və hökumətin bəyənmədiyi hər hansı bir konfransı sadəcə olaraq ləğv edə bilməyəcəyini başa düşmürdü". Türkiyə hökuməti həmçinin, erməni mənşəli iştirakçıların Holokostun unikallığına xələl gətirəcəyini iddia edirdi, lakin bu aspekt İsrail Xarici İşlər Nazirliyinin əsas prioriteti – yəhudilərin həyatı məsələsi qədər əhəmiyyətli olmadığı ortaya çıxmışdır. Arazi sərhədlərin bağlanmasının əsassız olacağını desə də, beynəlxalq münasibətlər üzrə alim Eldad Ben Aaron belə qənaətə gəlmişdir ki, İran və Suriya yəhudilərinin həyatları sözsüz ki, təhlükə altında idi. və Türkiyə Xarici İşlər Nazirliyi bu həssas vəziyyətdən İsrailə təzyiq etmək üçün istifadə etməkdən çəkinməmişdi.

İmtinalar 150px|thumb|right|Eli Vizel konfransın təşkilatçılarından idi, lakin aldığı təhdidlər səbəbilə orada iştirak etməkdən imtina etmişdir.

3 iyunda Yad Vaşem və Təl-Əviv Universiteti konfransdan çəkildiklərini açıqlamışdır. Vizel "The New York Times" qəzetinə demişdir ki, o, İsrail Xarici İşlər Nazirliyindən Türkiyənin yəhudi icmasının təhlükə altında olması ilə bağlı bir neçə teleqram və təfərrüatlarını açıqlamayacağı ciddi bir təhdid almışdır. O, konfransı ermənilərin iştirakı olmadan keçirməkdən qəti şəkildə imtina etmiş, əvəzində onun təxirə salınmasını təklif etmişdir. Çarni konfransı təxirə salmaq təklifini rədd etmiş, ona görə də Vizel konfransda iştirak etməkdən imtina etmək məcburiyyətində qalmışdır. O, buna səbəb olaraq demişdir ki, "bir həyat həyat haqqında deyə biləcəyimiz hər şeydən daha vacibdir". Vizelin getməsinə baxmayaraq, Çarni konfransın "zərbi-məsəl olaraq yalnız on nəfər iştirak etsə belə baş tutacağı"na qərar vermişdir. O, İsrail hökumətinin bu mövqeyini "əbədi xəcalət" səbəbi kimi görmüşdür.

İsrail Xarici İşlər Nazirliyi Vizelin bəyanatını iştirakçılara göndərərək onları konfransda iştirak etməkdən imtina etməyə çağırmışdır. Yad Vaşemdən İtshak Arad və Gideon Hauzner, o cümlədən Təl-Əviv Universitetinin rektoru Yoram Dinşteyn, filosof Emil Fakkenhaym, tarixçi Yehuda Bauer və hüquqşünas Alan Derşovitz də daxil olmaqla bir neçə tanınmış fiqur konfransdan çəkilmişdir. Amerika Yəhudi Komitəsi (AYK) tərəfindən göndərilən ravvin Mark Tanenbaum Təl-Əvivə gəlsə də, AYK-nın onun iştirakına qadağa qoymasının ardınca son anda oranı tərk etmişdir. Vizel konfransdan çəkildikdən sonra əsas nitq ilə çıxış etməyə könüllü olan AYK-nın keçmiş prezidenti Artur Hertsberq də son anda geri çəkilmiş və sonradan bunun indiyə qədər verdiyi ən çətin qərarlardan biri olduğunu söyləmişdir. Əvəzində, əsas nitqi Knesset deputatı, "Qruplaşma" partiyasının üzvü Ora Namir demişdir. Yair Oronun sözlərinə görə, daha sonra iştirakdan imtina etməsinə görə peşman olduğunu bildirən yeganə israilli iştirakçı Bauer olmuşdur.

Konfransda "Holokost zamanı yəhudilərin həyatını xilas edən qeyri-yəhudilərin psixoloji tədqiqatı" adlı məruzə ilə çıxış edən psixoloq Frensis Gezer Qrossman İsrail konsulluğu rəsmilərinin onu iştirak etməməyə çağırmaq cəhdlərini rədd etmişdir. O, bildirmişdir ki, "Holokostdan və İsrail Dövləti qurulduqdan sonra kiminsə bir yəhudiyə elmi konfransa gedə bilməyəcəyini, əks təqdirdə bir poqromun baş tutacağı"nı söyləməsi "onun bir insan və bir yəhudi kimi ləyaqətinə təhqirdir".

İsrail Xarici İşlər Nazirliyi konfrans iştirakçılarına zəng edərək onları oraya gəlməməyə çağırmışdır. Nazirlik konfransın Holokostun unikallığına xələl gətirəcəyi barədə iştirakçılara məlumat vermiş, konfransın ləğv olunduğunu bildirmiş, qəzetlərdə konfransın ləğv edilmədiyini yazan hansısa bir mətnin dərc olunmasına icazə verməmişdir. Çarninin sözlərinə görə, bir neçə ABŞ yəhudi təşkilatının konfransı dəstəkləmək üçün edilən çekləri ləğv etmişdir. Konfrans erməni icmasının töhfəsinə baxmayaraq, kəsirlə başa çatmışdır. Türkiyənin ABŞ-dəki səfiri Şükrü Ələkdağ "The New York Times" qəzetinə yazdığı məktubda Türkiyə yəhudilərinin hər hansı şəkildə təhdid altında olması haqqında yayılan məlumatları təkzib etmişdir. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü "The New York Times" qəzetinə bildirmişdir ki, Türkiyə "Təl-Əviv konfransının keçirilməsinə qarşı deyil, lakin Holokost və erməni iddiaları arasında hər hansı əlaqənin qurulmasına qarşıdır".

Konfrans İzrail Çarni konfrans proqramında yazmışdır:

Konfransda açıq şəkildə bildirilmişdir ki, elmin obyektiv və dəyərsiz olması fikrinin əksinə olaraq, konfrans soyqırım mövzusunda neytral dəyərə malik olmayacaq,və əksinə, konfrans soyqırıma qarşı mübarizəyə və onun qurbanlarına lazımi hörmətlə davranmağa həsr olunmuşdur. Konfrans soyqırımın irrasional bir fenomen kimi qiymətləndirilməsindən öyrənilə və başa düşülə bilən bir şeyə keçid kimi qeyd olunmuşdur.