II Viktor Amadeus () () — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Çarlz Emanuel, anası isə Savoyyalı Mariya Jannadır.
Atasının ani vəfatının ardından, hələ 9 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi oldu. Fransa kralı XIV Lüdovik bölgədəki fransız təsirini gücləndirmək məqsədilə kiçik hersoqun gələcəkdəki evliliyini planlaşdırmaq niyyətində idi. Ancaq yetkinlik yaşına çatan Viktor Amadeus fransız təsirindən çıxdı və 1684-cü ildə yazdığı əmrlə Fransa yönümlü anasını dövlət idarəsindən tamamilə uzaqlaşdırdı.
İspaniya səltənəti uğrunda gedən taxt mübarizəsinə qoşulan Viktor Amadeus 1713-cü ildə Siciliya krallığını ələ keçirdi ancaq çox keçmədən bu ünvanını Sardiniya kralı olaraq dəyişməli oldu.
Mənbə Symcox, Geoffrey (1983). Victor Amadeus II: absolutism in the Savoyard State, 1675–1730. Berkeley: University of California Press. ISBN 978-0-520-04974-1 Storrs, Christopher: War, diplomacy and the rise of Savoy, 1690–1720, Cambridge University Press, 1999, ISBN 0-521-55146-3 Ragnhild, Marie Hatton (1997). Royal and republican sovereignty in early modern Europe. Cambridge University Press. ISBN 0-521-41910-7 Oresko, Robert (2004). "Maria Giovanna Battista of Savoy-Nemours (1644–1724): daughter, consort, and Regent of Savoy". In Campbell Orr, Clarissa (ed.). Queenship in Europe 1660–1815: The Role of the Consort. Cambridge University Press. pp. 16–55. ISBN 0-521-81422-7
İstinadlar
Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:Tacdar uşaqlar