thumb|"Sülh naminə tərəfdaşlıq"a həsr olunmuş Moldova poçt markası. Sülh Naminə Tərəfdaşlıq (; PfP) — Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə Avropanın digər dövlətləri və postsovet ölkələri arasında etimadın yaradılmasına yönəlmiş NATO proqramı; 20 dövlət bura üzvdür. İlk dəfə Bolqarıstanın "Novae" cəmiyyəti tərəfindən müzakirə edilmişdir. Bu, 20–21 oktyabr 1993-cü ildə Almaniyanın Travemünde şəhərində keçirilən NATO Müdafiə Nazirlərinin görüşündə ABŞ təşəbbüsü kimi təklif edilmiş və 10–11 yanvar 1994-cü ildə Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən NATO sammitində rəsmi olaraq fəaliyyətə başlamışdır. ABŞ Dövlət Departamentinin məxfilikdən çıxarılmış sənədlərinə görə, prezident Bill Klinton Sülh Naminə Tərəfdaşlığı "NATO üzvlüyünə aparacaq yol" və "Avropanı bir neçə yüz mil şərqə doğru ayıran başqa bir xətt çəkməyən" yol kimi təsvir etmişdir.

NATO təlimlər, fəlakətlərin planlaşdırılma və cavab tədbirləri, elmi və ətraf mühit məsələləri, peşəkar inkişaf, siyasətin planlaşdırılması və mülki hökumətlə əlaqələrdə əməkdaşlıq vasitəsilə tərəfdaşlarla əlaqələr qurur.

İstinadlar

Xarici keçidlər

The Partnership for Peace programme Partnership for Peace Information Management System (PIMS) Building a Partnership for Peace

Kateqoriya:1994-cü ildə yaradılmış təşkilatlar Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:NATO münasibətləri Kateqoriya:Beynəlxalq təşkilatlar