N. Y. Jukovski adına Mərkəzi Aerohidrodinamika İnstitutu (MAHİ; , ЦАГИ) — Rusiyanın paytaxtı Moskva şəhərində, aerodinamika və hidrodinamikanınn texnikanın müxtəlif sahələrində əməli istifadə məsələləri ilə məşğul olan institut.
Tarixi Mərkəzi Aerohidrodinamika İnstitutu (MAHİ) 1 dekabr 1918-ci ildə SSRİ Ali Xalq Təsərrüfatı Şurasının qərarı ilə təsis edilmişdir. 1918-ci ildən MAHİ-nin ilk rəhbərliyi Nikolay Yeqoroviç Jukovski, 1921–1942-ci illərdə Sergey Alekseyeviç Çaplıgin olmuşdur. 1925–1929-cu illərdə MAHİ nəzdində o dövr üçün dünyada ən böyük aerodinamik borusu, hidravlika laboratoriyası, hidrokanalı və s. olan ilk eksperimental baza yaradılmışdır. İnstitut öz işləri ilə texniki aviasiya fəhlələrinini əsasını qoymuşdur. İnstititun sınaq zavodunda A. N. Tupolevin rəhbərliyi altında yaradılna təyyarələrdə 1926-cı ildən başıayaraq bir sıra mühümm uçuşlar olmuşdur. 1930–1932-ci illərdə MAHİ-nin elmi şöbələri əsasında aşağıdakı müstəqil elmi-tədqiqat institutları yaradılmışdır: Ümumittifaq Aviasiya Materilları İnstitutu, Ümumittifaq Hidromaşınqayırma İnstitutu, Mərkəzi Külək Energetikası İnstitutu. MAHİ-nin tərkibinə ixtisaslaşdırılmış aerodinamika, hidrodinamika, akustika, səaye aerodinamikası, helikopter, cihaz, hesablama texnikası laboratoriyaları, sınaq təsərrüfatı, möhkəmlik üzrə laboratoriyalar kompleksi, elmi informasiya bürosu, nəşriyyat şöbəsi, N. Y. Jukovskinin elmmi-xatirə muzeyi daxildir. MAHİ-nin məşğul olduğu əsas problemlər təyyarə və başqa uçuş aparatlarının aerodinamikası, dinamikası və möhkəmliyi məsələləridir. İnstitut sovet dövründə "Əsərlər", "Elmi xəbərlər" və s. nəşr etmişdir. İnstitutun nəzdində aspirantura var. İnstitut Lenin ordeni, "Qırmızı əmək bayrağı" və "Qırmızı bayraq" ordenləri ilə təltif olunmuşdur.
İstinadlar
Əlavə ədəbiyyat Хомяков А. Н., Авдеев А. В. ЦАГИ. Первые шаги (К 100-летию института) // Двигатель. — М., 2018. — № 8. — С. 24–29.
ЦАГИ в лицах, 2011 Наукоград Жуковский 1992–2014. — М.: Издатель Шукшина С. П., 2015. — 346 с.
Xarici keçidlər Фильм к 100-летию ЦАГИ (YouTube) Покушение на ЦАГИ // Аргументы Недели, 30.07.2019 Подборка публикаций о ЦАГИ в городском издании "Наукоград Жуковский" Отчёт ЦРУ 1972 года об анализе материалов ДЗЗ
Kateqoriya:1918-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:Moskva universitetləri Kateqoriya:"Lenin" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilən təşkilatlar