Azadistan () — 1920-ci ildə de-yure İranın, de-fakto Azadıstanın bir hissəsi olan Təbriz şəhərində ayda iki dəfə Azərbaycan və fars dillərində nəşr olunmuş elmi, nəzəri-siyasi jurnal. Azərbaycan Demokrat Partiyası gənclər təşkilatının orqanı olmuşdur. İstiqlaliyyət, dil, ədəbiyyat və s. məsələləri işıqlandırırdı. Redaktoru Mirzə Tağı xan Rafət Təbrizi olub. Cəmi 3 nömrəsi çıxmışdır.

İstinadlar

Kateqoriya:1920-ci ildə yarananlar Kateqoriya:1920-ci ildə ləğv olunanlar Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Fars dilində jurnallar