Azərbaycan Sənaye Şurası (Азәрбајҹан Сәнаје Шурасы) və ya Azərsənətbirliyi (Азәрсәнәтбирлији) — Azərbaycan SSR-də sənət kooperasiyasının rəhbər, təşkilat və təsərrüfat mərkəzi.

Tarixi 1920-ci ildə "Kustar və Sənətkarlar İttifaqı" adı ilə təşkil olunmuşdur. 1927-ci ildə onun əsasında yaradılan "Qırmızı Kustar İttifaqı" az sonra "Azərsənətbirliyi" adlanmışdır. İkinci beşillikdə respublikanın bir sıra şəhər və rayonlarında sənətkar ittifaqlarının yaradılması nəticəsində "Azərsənətbirliyi" Azərbaycan Sənaye Şurasına çevrilmişdir. 1960-cı ildə Azərbaycan Sənaye Şurası ləğv edilmiş, bütün müəssisələri respublika Məişət Xidməti Nazirliyinə verilmişdir.

İstinadlar

Kateqoriya:1920-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1960-cı ildə ləğv olunanlar Kateqoriya:Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi