Cağazur — Azərbaycan Respublikasının Laçın rayonunun Cağazur kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Cağazur kəndinin adı ilə bağlı bir çox fikirlər səslənir. Bəzi alimlər kəndin adının qədim cağ/ cağan(türk) tayfaları ilə əlaqələndirir. Bəzən də cağazur sözünün semantikası üzərində dayanır və belə bir qənaətə gəlirlər ki, cağ-mil (düz istiqamətdə dəmir tiyə), zur və yaxud zür, sür isə (haray, səs-küy) mənasını daşıyır.
Ayrıca bu kəndin əfsanəvi xalq qəhrəmanı,azadlıq mücahidi Ağaməmməd kimi görkəmli nümayəndəsidə vardır. Ağaməmməd 1918–1920-ci illərdə Qarabağ dağlıq yaylasında, indiki Laçın rayonu ərazisində erməni quldur dəstələrinə qarşı azəri–türklərinin apardığı müharibədə, tarixə “Qara göl” döyüşləri kimi düşmüş bu azadlıq mücadiləsində öz qəhrəmanlığı ilə ad-san qazanmışdır.
Cağazur kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Əhalisi Zəngəzur qazasının 1874-cü ildə tərtib edilmiş Kameral təsvirinə istinadən,kənddə 45 ailə,111 kişi və 76 qadın yaşayıb,hamısı tatardır.
İstinadlar
Kateqoriya:Laçın rayonunun kəndləri